Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Zahid Oruc: "Onlar cavab verməlidir"

Maliyyə QKÇP-si: qazanmadıqlarımız itkilərimizdir!

Hər bir sistemin dayanıqlığını təmin edən təkcə iqtisadi və siyasi kursun düzgünlüyü deyil, həm də cəmiyyətdə aparıcı mövqe sahibi olan qüvvələrlə yazılı və şifahi razılaşmalara getməyi bacarmasıdır.

Son “maliyyə çevrilişi” Azərbaycan ictimai fikri ilə işləyən istitutların hazırlıqsızlığını, yeni şəraitə adekvat təhlillər və fəaliyyət planları hazırlaya bilmədiklərini kəskin şəkildə ortaya çıxardı. Bunlar içərisində xüsusi yeri təbliğat və siyasi qurumların işi deyil, daha çox böyük akademik mərkəzlər, xüsusilə, iqtisadçılar ordusunun durumu bizi dərindən narahat etməlidir. Son hadisədə biz ən çox onları itirdik.

Azərbaycanın fəal iqtisadçılar düşərgəsi son QKÇP-dən keçə bilmədi və ən çox devalvasiyaya uğrayan da məhz onlar oldu!

* Verilən bədbin proqnozlara və fəlakətin, inqilabın, xalq üsyanlarının, aclığın və sosial toqquşmaların baş verəcəyi haqda xəbərdarlıqlara baxmayaraq, ölkədə iqtisadi-ticari mühit tədricən bərpa olunmaqdadır. Yaxın bir ayda ictimai şokun 30 faizini arxada qoymaq mümkün olacaq. Bundan ötrü insanların qarşısına çıxmaq, əvvəlki təşəbbüskar və işlək xalq modelini bərpa etmək lazımdır!

* Devalvasiyanın həyata keçirildiyi 21 fevral günü virtual şəbəkələrdə "mühüm iqtisadı analizlər"lə çıxış edənlərin səthi və arifmetik hesablamaları darmadağın oldu. Məsələn, banklarda əmanətləri manatla olan insanların pulundan riyazi olaraq çıxdıqları 1.3 milyard manatlıq itkini indi sübuta yetirə bilmədiklərindən yeni bir pozisiyada qərarlaşıblar. Artıq son qərarın zəruriliyini əsaslandırmağa çalışaraq indi leksionlarını təkliflər və islahatlar paketi üzərinə yükləyiblər. Halbuki onlar cavab verməlidirlər - nədən devalvasiya faizini avtomatik olaraq manatdan çıxmışdılar? İqtisadi təhlillərin ziddinə olaraq hələ qiymət dəyişikliklərini görməmiş, məsələn, 100 manatlıq əsginasın dövlətin bir qərarı ilə 67 manata çevrildiyini demək hansı təfəkkürün ayağına yazılmalıdır?

* Son günlərin ictimai yaşantıları və medianın iqtisadi bloklarının müşahidəsi göstərir ki, nəhayət, ”devalvasiya faizi manatın alıcılıq qabiliyyətinin o qədər nisbətdə aşağı düşməsi demək deyil” fikrimiz qəbul olunur. Səhrada tufan qopanda ətrafı görmək olmur. Lakin bir azdan vətəndaşların və alimlərin gözlərini örtən qum dənələri torpağa enəndən sonra hər kəs gerçək mənzərəni görə biləcək. Amma bəzən zəlzələ xəbəri insan psixologiyasını daha ağır yaşantılara məruz qoyur, nəinki həqiqətən baş verən yer silkələnməsi. Millətimiz son hadisəni miqyasına uyğun olmayan böyük ağrı kimi yaşadı. Dəyməzdi və bu ictimai ruh bir azdan dəyişəcək!


* Əmanət banklarında əhalinin 6.2 milyon nəfərinin 7 milyard manat ekvivalentində vəsaiti yerləşdirilib. Manatda itirdiklərini xalqa başa salmağa çalışan iqtisadi bilik sahibləri həmin əmanətlərin yarısının - yəni 3.5 milyard hissəsinin əsasən məhz dollar və avroda olduğunu nəzərə alıb xarici valyuta ilə qoyulan pulların üzərinə gələn 33.5 faizi kimin ayağına yazmaq istəyirlər?


* Mərkəzi Bankın valyuta rezervləriinin 62 faizi manatdadır. Guya Neft Fondundan götürülmüş dollarları daha çox manata çevirmək üçün belə şok məzənnə endiriminə gedildiyini deyənlərin fikirləri ən adi tənqidə tab gətirmir. Deməli, hökumət əvvəlcə öz manatını üçdə bir nisbətdə öldürür, sonra isə yeni kursla dolları manata dəyişib büdcə kəsirini doldurur: Bunu deyənlərin beyinlərini müasir iqtisadi proseslərə vermədiklərini, hələ də köhnə biliklərinin və planlı təsərrüfat sistemindən qaynaqlanan yanaşmalarını son hadisə ilə tarixin arxivinə ata bilərsiz. Azərbaycana yeni iqtisadi elita lazımdır.Elə hər düşərgədə!


* Ölkədə panik qiymətlər müvvəqqəti dəlildir. Hər məhsulun maya dəyərinə daxil olan dollarların miqdarını nə qədər artırsalar da, bir müddət sonra tələbatın aşağı düşməsi və xərclərin sıxılması qiymət qeyri-sabitliyini qərarlaşdıracaq. Siyasi idarəçilik formasından, iqtisadiyyatında hakimlik edən qüvvələrin kartel, proteksiyaçı və monopolist mövqe sahibləri olmağından asılı olmayaraq, bu düstur doğrudur!


* İlk dövrlər kurs dəyişikliyindən özünü sığortalamaq üçün hətta yerli məhsulların üzərinə gəlmiş faizlər çox yaxın aylarda əhalinin tələbatına uyğunlaşacaq. Ona görə tam əminliklə deyirəm - qiymətlər nəinki düşəcək, o cümlədən, 21 fevraldan əvvəlki dövrün səviyyəsindən də aşağı olacaq. Bu, əsassız inam yaratmaq, insanlara ruh və xoş əhval aşılamaq niyyətindən irəli gələn proqnoz deyil, ən azı 4 ölkənin təcrübəsindən doğan nəticələrdir. Narahat olmayın, biz maliyyə vahidi - rublu dollar qarşısında dəyərini itirmiş Rusiyada qiymətlərin qat-qat ucuzlaşmasından danışmırıq. Başqa sabit iqtisadiyyatlardan nümunələr gətirə bilərik!


* İnsanların “evimdəki manat dollar olsaydı, qazanardım” fikri tamam təbiidir. Hətta Çar Nikolay dövründə aparılmış denonsasiyanı toplum uzun on illər yaddaşlarında saxlayıb və nəsildən nəsilə ötürərək onun ağrısını paylaşmağa çalışıb. Yeniliyin yaşantısı budur - xüsusilə sinir sistemi olan maddi məsələlərdə. Ona görə “qazanmadıqlarımız itkilərimizdir” deyərkən insanlarda kütləvi olaraq məhz o yaşantının izlərini axtarmalıyıq!
* Kopernik və Bruno tonqaldan qorxmadılar. Çox yaxın zamanlarda donuq beyinlərin, arxaik təfəkkürlərin aqibətini görəcəksiz. Saxlayın onların şərhlərini və açıqlamalarını özünüzdə. Onda sağ cibində dollarda və avroda udmuş on minlərlə vətəndaşın müqabilində ölkədə milyonlarla pensiyaçının guya itirdiyini sübuta yetirmək üçün gətirilən arqumentlərin də taleyi sizə bəlli olacaq. Hazırki qiymət sunamisi və gözləmə mövqeyini aradan qaldıracaq iqtisadi maraqlar aktivləşən kimi 21 fevral qərarına qarşı olanların onun müdafiəsi üçün hansı vasitələrə əl atdıqlarını görəcəksiniz. Hazırkı panik situasiya iqtisadçı vəsiqəsi arxasında gizlənənlərin sığındığı son sığınacaqdır və onların qarşısından həmin səngər çəkilən kimi siz hökumətin yox, məhz kimyagər iqtisadçılar ordusunun xalqı aldatdığının şahidi olacaqsınız!


* Manatın siyasi sabitlik aləti olduğundan bəhs edənlərin arqumentlərində həqiqət payı var və indi hakimiyyət hər vəchlə onu qeyri-neft sektoruna yönəltməyə şans qazanıb. Real sektor və həqiqi məzənnə bax onda formalaşacaq. Lakin indinin özündə belə dünyanın ən güclü valyutası olan, arxasında trilyon dollarlıq ÜDM dayanan və bütün millətlərin puluna çevrilmiş dolların manata nisbəti demək olar bərabərdir! İndi neftə alternativ iqtisadiyyatı dirçəltməklə xaricdən Azərbaycana başqa məhsulların ixracından dollarların gəlməsinə çalışmaq lazımdır və həmin maliyyə kütləsi ayrıca iqtisadi dəyər yaradacaqdır!


* Bütün dövrlərdə həqiqətlər süngü ilə qəbul olunub və gül-çiçəklə yola salınıb. Bunu unutmayın: indi “xalqın xeyrinə danışanlar”ın mənəvi libası cəmi bir aydan sonra dəyişəcəkdir!


* Prezidentin millətini hamıdan çox sevdiyini, indi üzərində böyük təhlillər aparılan manatın dollardan yüksək olduğu şəraiti məhz ölkə liderinin təmin etdiyini nəzərə alaraq tam inamla söyləmək olar: ömrü boyu yalnız nəzəriyyələrlə və astrologiya ilə məşğul olmuşların meydanı qeyri-sabitlik və transformasiya dövründə genişlənsə də bütün iqtisadi və siyasi şəraitə nəzarət edən dövlət başçısının qərarları həmişəki kimi aparıcı mövqeyə və dominantlığa malik olacaqdır!


Tezislərin davamı var!






3 Mart, 2015  20:48 Baxılıb: 874 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner