Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mobil nömrələrin daşınmasında YENİLİK

Abunəçilərin rahatlığını təmin etmək məqsədilə nömrə daşınması prosesində nəzərdə tutulan müddət qısaldılıb.

Simsar.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”na dəyişikliklər edib.

Dəyişikliklərə əsasən, artıq mobil nömrələrin daşınması üçün tələb olunan 6 iş günü müddəti 3 iş günü müddətinə endirilib. Bundan sonra abunəçinin xidmətdən istifadə edilməsi ilə bağlı ərizəsinin qəbul olunduğu vaxtdan sonra 3 iş günü müddətində nömrəsinin daşınması həyata keçiriləcək. Bu da mobil nömrələrin daşınmasının daha operativ və çevik reallaşdırılması, abunəçilərin sözügedən xidmətə olan maraqlarının artırılmasına xidmət edir.

Dəyişikliklərdən biri də abunəçilərin borcları ilə bağlıdır. Məlumat üçün bildirək ki, bu vaxta qədər borcu olan mobil nömrələrin daşınmasına icazə verilmirdi. Hətta “post paid” abunəçiləri tərəfindən borcla bağlı ödəniş ediləndən sonra abunəçi hər hansı bir nömrəyə zəng edirdisə, bu zaman yaranan 5-10 qəpik də borc hesab olunurdu və ona görə də nömrənin daşınmasından imtina edilirdi. Yeni dəyişikliyə görə, bu məsələ də aradan qaldırılıb. Bundan sonra qeyd olunan abunəçilər üçün sözügedən borclar cari borclar hesab olunaraq daşınmaya icazə veriləcək və hesablama sonradan aparılacaq.

Yeni dəyişikliklərin tətbiqinə dünəndən etibarən başlanılıb. Azərbaycanda mobil nömrə daşınması xidmətinin tətbiqinə başlanıldıqdan bu vaxta qədər təxminən 17 mindən çox nömrə bir operatordan digərinə daşınıb.






3 Mart, 2015  19:06 Baxılıb: 783 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner