Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan ordusunda yenilik - Papaqsız salam

Azərbaycan Silahlı Qüvvələrində papaqsız (başıaçıq) hərbi salamlaşmağa icazə verilib.

Simsar.az-ın məlumatına görə, bu barədə “AzeriDefence.com” saytına hərbi mənbələrdən xəbər verilib.

Məlumata görə, sıra duruşunda və papaq tutuşu və yerişdə salam verərkən sıra addımı ilə yerimək ləğv olunub. “Azad” vəziyyəti buna qədər mərasimlərdə tətbiq olunan “azad” vəziyyəti ilə əvəz olunub. Yəni həm “azad”, həm də “mərasim azad” vəziyyətində əllər arxada olur.

Məsələ ilə bağlı sorğuya cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müdafiə nazirinin 24 dekabr 2014-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş Sıra Nizamnaməsinə əsasən əsgəri salamlaşmanı başıaçıq da verməyə icazə verilir.

“Nizamnamədə sıradan kənarda yerində vəziyyətində və hərəkətdə başıaçıq olarkən əsgəri salamlaşma ümumi qaydada, yəni sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırmaq, barmaqlar bir yerdə, ovuc düz, dirsək çiyin səviyyəsində olmaqla verilir”, - deyə Nazirlikdən aydınlıq gətirilib.

Qeyd edək ki, NATO ölkələrinin orduları da daxil olmaqla, dünyanın əksər ölkələrində papaqsız hərbi salamlaşma mövcuddur.

Məlumat üçün bildirək ki, bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrində hərbi salamlaşma üçün papaq və kəmərin olması şərt idi. General-polkovnik Zakir Həsənov müdafiə naziri təyin olunduqdan az sonra kəmər ləğv olunub (yalnız xidmət zamanı taxılır).






3 Mart, 2015  18:32 Baxılıb: 866 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner