Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi başlayıb

Konyada Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başlayıb.

Simsar.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, təlim “TURAZ Şahini 2015” adlanır.
Uçuş təlimləri Anadolu Qartalı Hava Meydanında həyata keçirilir.

Təlimdə Türkiyə Hərbi Hava Qüvvələrinin F-16, F-4E 2020, E-7T (HİK) təyyarələri, AS-532, UN-1H helikopteri, Azərbaycan Hərbi Hava Qüvvələrinin isə MİG-29, SU-25 təyyarələri və Mi-17 helikopteri iştirak edir. 
Bundan başqa, təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin 106 hərbçisi qatılıb.
Bu, Azərbaycan Hərbi Hava Qüvvələrinin qatıldığı ilk xarici uçuş təlimidir.
Təlimin məqsədi qarşılıqlı uçuş bacarığı və vərdişlərini daha da inkişaf etdirməkdir.
Beynəlxalq uçuş üsullarının tətbiq olunacağı uçuş təlimlərində silah sistemləri haqqında məlumat və təcrübələr paylaşılacaq.
"Müharibə hava dövriyyəsi”, “Himayə”, “Hava müharibəsi”, “Yaxın hava dəstəyi”, “Suüstü ünsürlərə qarşı hava hərəkatı” adı altında təlimlərin keçirilməsi nəzərdə tutulur
Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndəsi Elçin Axundov təlimlərin keçirilməsinə görə Türkiyəyə təşəkkür edib: "Gözəl qarşılandığımıza və tarixi gün üçün təşəkkür edirəm. Hava Qüvvələrinin ilk xarici uçuş təlimini Türkiyədə keçirik. Çox həyəcanlandım. Tarix yazdıq”. 






3 Mart, 2015  16:58 Baxılıb: 726 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner