Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Təmsilçimizin “Eurovision”a seçilmə qaydası dəyişdi

Azərbaycanın İctimai Televiziyası 60-cı “Eurovision” Mahnı Müsabiqəsində ölkə təmsilçisini daxili seçim əsasında müəyyən edəcək.

Simsar.az-ın İctimai Televiziyanın saytına istinadən verdiyi məlumata görə, yayımçı televiziya hazırda may ayında Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsindəki çıxışının təşkili üzərində işləyir.

Bildirilib ki, milli seçimdə iştirak etməyə hazır, ölkə təmsilçiliyinə iddialı və özünə güvənən ifaçılar (Azərbaycanda və ya xaricdə yaşayan Azərbaycan əsilli ifaçılar) seçimlərə qatılmaq üçün ad, soyad, doğum tarixi, yaşadığı şəhər və sair barədə əsas məlumatlar, performansın audio/video yazısı, “Youtube” linki və beş ədəd fotonu təqdim etməlidirlər.

Azad bəstəkarlar mahnıların audio versiyası, sözləri və özləri haqqında məlumatları təqdim etməlidirlər. Mahnılarını təqdim etmək istəyənlərə  milli zəmində hər hansı bir məhdudiyyət qoyulmur. Seçimlərdə iştirak etmək istəyənlər öz ərizələrini eurovision2015@itv.az email ünvanına göndərə bilərlər.

Müraciət üçün ərizələrin qəbulu martın 6-dək davam etdiriləcək.

Azərbaycanın “Eurovision 2015” Mahnı Müsabiqəsindəki təmsilçisi və onun müsabiqə mahnısı martın 15-dək elan olunacaq.






3 Mart, 2015  16:23 Baxılıb: 917 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner