Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOCAR prezidenti Britaniya baş nazirinin elçisi ilə - FOTO

Azərbaycan  Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev qonaqla söhbəti zamanı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın getdikcə daha mühüm yer tutduğunu və bu istiqamətdə həyata keçirilən layihələr sırasında Cənub Qaz Dəhlizinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

R. Abdullayev son illər Azərbaycanın neft-qaz sənayesində qazanılmış nailiyyətlər, regional və qlobal əhəmiyyətli birgə layihələrin gedişi haqqında ətraflı söz açıb. Böyük Britaniya nümayəndə heyətinin görüşdə iştirak edən üzvləri SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrə şirkətləri tərəfindən böyük maraq göstərildiyini deyiblər.

Ç. Hendri budəfəki səfərində əsas məqsədin Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumunun imzalanması olduğunu söyləyib.

Qonaq Böyük Britaniyanın Azərbaycan enerji sektoruna, xüsusilə də SOCAR ilə əməkdaşlığa böyük maraq göstərdiyini, BP və digər şirkətlərin ölkəmizdəki fəaliyyətlərinə böyük önəm verdiyini vurğulayıb, Azərbaycanın 2003-cü ildən etibarən Böyük Britaniyanın baş naziri tərəfindən irəli sürülmüş “Təbii Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü”nə qoşulduğunu qeyd edib, bu istiqamətdə SOCAR tərəfindən atılan addımları yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq imkanlarının böyük olması və bu imkanlardan istifadə etmək üçün hər iki tərəfin səy göstərdiyi vurğulanıb.






3 Mart, 2015  15:19 Baxılıb: 785 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner