Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“İnter” Sxadadzeni Pusiçlə əvəzlədi

Bakının “İnter” klubu  bosniya və herseqovinalı məşqçi Marino Pusiçlə müqavilə imzalayıb. Simsar.az xəbər verir ki, baş məşqçisinin köməkçisi təyin edilən çalışdırıcı cari mövsümün sonunadək bu postu tutacaq.

Mövsümün sonunda tərəflər arasında aparılan növbəti danışıqlar zamanı mütəxəssisin baş məşqçi postuna təyin olunması məsələsi müzakirə ediləcək. Razılıq əldə ediləcəyi təqdirdə Pusiçin baş məşqçi postuna təyin olunacaq.

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze mövsümün sonunda paytaxt təmsilçisindən ayrılacaq. O, hazırda klubla eyni vaxtda çalışdırdığı Gürcüstan millisində fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, Pusiç 1971-ci il avqustun 18-də Bosniya və Hersoqovinanın Mostar şəhərində anadan olub. Peşəkar futbolçu kimi "Srvena Zvezda "(Belqrad), "Velej" (Mostar, Bosniya və Herseqovina), "Köln" (Almaniya), "Qraafşap"(Hollandiya), "Qo Ehed İqlz" (Hollandiya) klublarında və iki oyun Bosniya və Herseqovina yığmasında çıxış edib. Pusiç 2009-2013-cü illərdə "Vitess" (Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə isə  UEFA Pro lisenziyasını alıb. 2013-cü ilin iyulun 1-dən 2014-cü ilin oktyabrınadək "Breda" (Hollandiya) klubunda köməkçi məşqçi kimi çalışıb






3 Mart, 2015  14:55 Baxılıb: 794 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner