Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakı teatrlarında ingilis və rus dilində tamaşalar olacaq

“Mədəniyyət və Turizm Nazirliyi I Avropa Oyunlarına hazırlıqla bağlı paytaxtda fəaliyyət göstərən mehmanxanaların xidmət səviyyəsinin öyrənilməsi və yoxlanılması məqsədilə aprel ayında monitorinq keçirəcək”.

Simsar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.

V. Şıxəmmədov bildirib ki, ötən ilin oktyabr ayında Bakıdakı mehmanxanalarda monitorinq aparılıb: “Mehmanxanalarda xidmət sahəsində çalışanların işinin keyfiyyətinin yaxşılaşdırılması üçün artıq dünəndən etibarən Mingəçevirdə fəaliyyət göstərən mehmanxanalar üçün təlim kurslarına başlanılıb. Bu, Mingəçevir və ətraf rayonlar üçün həyata keçiriləcək. Treninqlər Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən dəvət olunan mütəxəssislər tərəfindən aparılır. Treninqlərin aprel ayında Bakıda fəaliyyət göstərən mehmanxanaların əməkdaşları üçün aparılması da planlaşdırılır. I Avropa Oyunları keçirilən müddətdə nazirliyin sifarişi ilə hazırlanan və bütün mehmanxanalara paylanılan “Baku Guide” bələdçi kataloqunun xüsusi buraxılışının hazırlanması nəzərdə tutulub. Həm qonaqların qalacaqları mehmanxanalarda, həm də idmançıların yerləşəcəyi şəhərcikdə bu kataloqun yayımı təşkil olunacaq”.

Nazirlik nümayəndəsi əlavə edib ki, oyunlara hazırlıq çərçivəsində Bakıdakı teatrların repertuarı təsdiq olunub: “Avropa Oyunları keçirildiyi müddətdə bəzi teatrlarda ingilis və rus dillərində tamaşaların təqdim olunması planlaşdırılır. Səhnə əsərlərinin tərcüməçi vasitəsilə tamaşaçılara çatdırılması da görüləcək işlərə daxildir. Eyni zamanda Bakıda fəaliyyət göstərən muzeylərin və tarixi abidələrin iş saatlarının artırılması da planda var. Nazirlik daxili turizmlə məşğul olan şirkətlərə tövsiyə edib ki, yeni turizm marşrutları təşkil etsinlər, xidmət səviyyəsinin yaxşılaşdırılması üçün addımlar atsınlar”.






3 Mart, 2015  14:46 Baxılıb: 971 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner