Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ukraynada azərbaycanlı iş adamının evinə silahlı basqın olub

Ukraynanın Donetsk vilayətinin Krasnoarmeysk şəhərində azərbaycanlı iş adamı Rəşid Bəhmən oğlu Əliyevin evinə silahlı hücum olub. Basqınçılar onun ailə üzvlərini ölümcül döyüb, evi isə talan edərək yandırıblar.

Simsar.az APA-ya istinadən xəbər verir ki, əslən Azərbaycanın Masallı rayonundan olan, Ukrayna vətəndaşı R. Əliyev bildirib ki, ötən həftənin şənbə günü səhər saatlarında o evdən çıxan kimi maskalı və silahlı 4 nəfər evə basqın edib.

R. Əliyevin həyat yoldaşı və qızı ölümcül döyülüb, ağır kəllə-beyin travması alıblar. Maskalılar daha sonra evi talan edərək, 14 min dollar və təxminən 50 min dollar dəyərində qızıl-zinət əşyalarını götürüb, evə od vurublar.

Hazırda ağır yaralı vəziyyətdə olan ailə üzvlərini Azərbaycana göndərən R. Əliyev bildirib ki, hadisə hazırda şəhər milisi tərəfindən araşdırılır.
Şəhərin Azərbaycanlılar Cəmiyyəti isə bununla bağlı Ukrayna Baş Prokurorluğuna müraciət edib.

R. Əliyev bir müddət əvvəl azərbaycanlıların təmsil olunduğu cəmiyyətin rəhbəri olub.

Qeyd edək ki, Donetsk vilayətinin Krasnoarmeysk şəhəri aktiv hərbi əməliyyatların getdiyi ərazidə yerləşmir, Ukrayna hakimiyyətinin nəzarətindədir.






3 Mart, 2015  14:16 Baxılıb: 704 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner