Səbail rayonu ərazisində ölüm hadisəsi baş verib.
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, martın 2-də Əziz Qurov həyətində çilingər cihazı ilə bıçaq itiliyən zaman cihazın daş çarxı qırılaraq sinəsinə dəyib. Nəticədə xəstəxanaya yerləşdirilən Əziz Qurov ölüb.
Araşdırma aparılır.