Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda "Beynəlxalq Dağ Günü"nün yaradılması ilə bağlı tədbir keçirilib

ADU-da BMT Baş Assambleyasının "Beynəlxalq Dağ Günü"nün yaradılmasının ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə BMT Baş Assambleyasının "Beynəlxalq Dağ Günü"nün yaradılmasının ildönümünə həsr olunmuş "Azərbaycan və Çin dağlıq ərazilərin inkişaf problemləri" mövzusunda elmi seminar keçirilib. ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən Simsar.az-a verilən məlumata görə, xüsusi ekosistemlərin və mədəni irsin obyektləri kimi dağların əhəmiyyətinə diqqət çəkən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov unikal təbiət abidələrini qorumaq üçün «Yanardağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətini qeyd edib.

AMEA-nın Coğrafiya İnstitutunun akademiki Ramiz Məmmədov və direktor müavini, professor Elbrus Əlizadə İnstitutun Çin alimləri ilə elmi əlaqələrindən, Pekində keçirilən "İpək yolunun iqtisadi zonasında ekologiya, ətraf mühit və davamlı inkişaf" mövzusunda beynəlxalq konfransda iştirakından, dağlıq təbii - iqtisadi geosistemində Azərbaycanın davamlı inkişaf problemlərindən danışıb.

ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri YUNESKO-nun Dünya İrs Siyahısına daxil olumuş Çin relyefınin unikal forması, Buddizm və Daosizm xatirəsinin əziz tutulduğu Çin müqəddəs dağların diqqətəlayiq olması hallarından danışıblar.
Seminarda Azərbaycan və Çin təbii, tarixi və mədəni irsinə həsr olunmuş sənədli filmlər nümayiş olunub.

Qonaqlara ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış Çin və Azərbaycan dillərində nəşr olunan Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi töhfələrdən bəhs edən “İlham Əliyev – iki qədim xalqların dostluğunun müasir davamçısı” adlı kitab hədiyyə edilib.






3 Mart, 2015  13:50 Baxılıb: 679 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner