Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DSMF “Açıq qapı günü”- vətəndaş forumu keçirib

Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Şəkidə “Sosial sığorta haqqının ödənilməsi gələcəyinizin təminatıdır” adlı “Açıq qapı günü”- vətəndaş forumu keçirib.

“Sosial sığorta haqqının ödənilməsi gələcəyinizin təminatıdır” adlı regional tədbirdə 4 rayondan olan  sığorta ödəyiciləri və pensiyaçıların mövzu ilə bağlı təklifləri müzakirə olunub Azərbaycanın sığorta-pensiya sisteminin xüsusiyyətlərindən ətraflı bəhs olunan regional tədbirə Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar qatılıb. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Simsar.az-a verilən məlumata görə,  forumda çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb. Uğurla aparılan sosial-iqtisadi siyasət əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də öz müsbət nəticələrini verib, sosial-iqtisadi tərəqqi davam edib. Bu əsasda respublikamızın müasir standartlara cavab verən, vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən sığorta-pensiya sistemi də inkişafdadır.

“Azərbaycanın iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi siyasətinin uğurlu icrası nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapıb. 2014-cü ilin nəticələrinə görə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192,3 manatdır və ölkə üzrə orta aylıq əməkhaqqının 43,5 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir. Hazırda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu”.

Famil Qədimov deyib ki, ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. 2014-cü ildə fondun gəlirləri 2013-cü ilə nisbətən 223 mln manat və ya 8,3 faiz artaraq 2894,3 mln manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1744,9 mln manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 mln manat çoxdur.
Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir.

Aysel






3 Mart, 2015  13:00 Baxılıb: 589 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner