Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda ən bahalı-şou layihə

Tanınmışlar Afrikada yaşamaq uğrunda mübarizə aparacaq

“Ekstrim realiti şou” adlı veriliş yayımlanacaq. Layihə “Ekstrim Azərbaycan Cəmiyyəti” və Space televiziyasının birgə təşkilatçılığı ilə həyata keçəcək. Bununla bağlı keçirilən mətbuat konfransında artıq iştirakçıların təsdiq olunduğu açıqlanıb. 
Realiti şou Nambiyada gerçəkləşəcək.

Təşkilatçı və verilişin aparıcısı Emin Əhmədov realiti şounun digər yarışmalardan seçiləcəyini bildirdi: “Burda yaşamaq uğrunda əsl mübarizənin şahidi olacaqsınız. Bu layihə ilə 2011-ci ilin Turizm İli elan olunması ilə bağlı sərəncamadakı göstərişlərə əməl olunur. Biz ekstrimal turizmi təbliğ edirik. Bunula kiçik və orta sahibkarlarıbu işə cəlb edəcəyik”.


Təşkilatçının sözlərinə görə, çəkilişlər Afrikaya çatan kimi başlayacaq. İştirakçıları qum xizəyi ilə səyahət, dəniz pişikləri arasında qayıqla yarış gözləyir. Onlar köpək balıqları ovlayacaq, 3500 metr hündürlükdən paraşütdan atlayacaqlar.

Komandalar hərəsində altı nəfər olmaqla iki qrupa bölünəcək. Yarışmacılar çadırlarda qalacaq. Vəhşi təbiətdən qorumaq üçün silahlı mühafizəçilər olacaq. Ekzotik menyuda ilan, müxtəlif qurdlar təklif edilir.

Afrikada qalib seçilən iştirakçı Vətənə qayıdıb Heydər Əliyev zirvəsinə çıxacaq və qalibə bahalı avtomobil hədiyyə ediləcək.


Komandada təmsil olunacaq xalq artisti Aygün Kazımova layihənin ona ciddi təsir bağışladığını deyir: “Müqavilə bağlanır, hər bir yarışmaçı sığortalanır. Buna görə layihəni ciddi qəbul etdim və Azərbaycanda da dünya səviyyəli belə layihə olacağına sevindim. Ağır durumlarda yarışsaq da mən bir çətinlik görmürəm və əminəm ki, digər rəqiblərim də belə düşünür. Bu ay yarışmaya qatılsaq da 28 may müstəqillik günüdə Vətəndə olacağıq”.


Veriliş avqustun 20-də canlı yayımda Space televiziyasında efirə gedəcək.
İyununda Mədəniyyət və Turizm nazirliyi bu layihəni tədbirlər planına daxil edəcək və maddi dəstəyi öz üzərinə götürəcək.

Təşkilatçı bildiri ki, siyasi stabilliyə görə Nambiya güvənli ölkə olduğundan və bütün məsuliyyəti “Ekstrimal Azərbaycan Cəmiyyəti” üzərinə götürür.

Layihəyə milyon dollardan çox vəsait ayrılıb.

Arifə






3 May, 2011  22:19 Baxılıb: 1513 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner