Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Ruhəngiz Musəvi “İllər Mənim Dostumdur”da çətin günlərini xatırladı

“Bunlar evlənəndə fikirləşmirlər ki, məsuliyyət daşıyırlar”

“Yanar Saat”ın “İllər mənim dostumdur” layihəsinin bu dəfəki qonağı ağrılı-acılı həyatından danışan Əməkdar artist Ruhəngiz Musəvi olub. Bu illər ərzində müğənni, aktrisa, nənə həm də vəfalı dost olub... Uğursuz həyatından danışan Əməkdar artist canlı yayımda göz yaşlarını da saxlaya bilmədi:

“Yalnız sənətimlə bağlı nə isə olanda sevinirəm. Şəxsi həyatım da gördüyünüz kimi... İki dəfə ailə qurdum, çox ağrılı-acılı illər yaşadım. Elə uşaq ikən də gün görmədim. Atam-anam ayrıldılar. Deyirlər ki, ananın həyatını qızı yaşayar. Anamın bəxtsiz taleyini mən də yaşadım. Nə yazıq ki, qızım da bu həyatı yaşadı, həyat yoldaşından boşandı”.

Birinci həyat yoldaşından istəyi ilə ayrılan Ruhəngiz Musəvi ikinci evlilikdə az da olsa xoş günlər yaşayıb: “Qadınıq, həyat bizim üçün çox amansızdır. Birinci həyat yoldaşımdan öz istəyimlə ayrıldım. Ayrılmağın səbəbi nə ola bilərdi ki? Sağ-sol məsələsi. Hətta onu yoldaşı ilə evimə də qəbul etdim. Kim bunu edərdi ki? Məni tanıyanlar deyir ki, uşaq qəlblisən, çox uşağam, kövrəyəm. Qadınlığımı çox az yaşadım, o da ki ikinci həyat yoldaşımla. Özümü xanım-xatun hiss etdim. Ər çörəyini də elə onda yedim, əsl xanım idim. Qadına dayaq lazımdır, hər mənada bir dayaq, elə tumar da lazımdır”.

Müğənni anasının da acı taleyindən danışıb onun həyat yolunu davat etdridiyini deyir: “Atam Cənubi Azərbaycandan olub, 1953-cü ildə doğulmuşam. Həyat elə gətirdi ki, anam atamdan ayrıldı. Deyir ananın taleyini balası yaşayır. Taleh elə gətirdi ki, qızım da mənim həyatımı yaşadı. Doğma qardaşımı itirdim, sonra  da ailəm dağıldı. Qardaşımın qırxı çıxanda, atam dünyasını dəyişdi. Yaxşı ki, o ağrılı günlərimdə yoldaşım yanımda qalıb. Birinci yoldaşımdan ayırlanda bir il kirayə qaldım. İkinci yoldaşımla ailə qurduqdan mənə sonra ev aldı. İkinci yoldaşım övlad istəyirdi, mən istəmədim, amma gərək ki olaydı. İki övlad yaxşıdır. İkinci həyat yoldaşım məni çox qısqanırdı, heç yerə tək buraxmırdı. Problem oldu, o məcburən getməli idi, ayrıldıq. O illəri, birgə gözəl günlərimizi unuda bilmərəm”.

Müğənni ikinci həyat yoldaşından ayrıldıqdan sonra belə elçilərə yox deməsinin səbəbini açıqlayıb: “Xaricdə olarkən mənə nə qədər elçi düşən oldu, amma getmədim, anamı tək qoya bilməzdim. Taledir də, məndə də belə gətirdi. Qızımı da qohuma verdim, qaynımın qardaşı oğluna ərə getdi. İnsan hazırlıqlı deyilsə niyə evləndirirlər? Bunlar evlənəndə fikirləşmirlər ki, məsuliyyət daşıyırlar. Ev də vermişəm, kommunal xidmətlərin pulunu da ödəmişəm, daha qalan işlərin öhdəsindən özü gəlməli idi. Bir təsəllim, Riyad nəvəmdir, nəfəsimdir”.






2 Mart, 2015  17:20 Baxılıb: 1876 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner