Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Ümumdünya Mülki müdafiə günü”nə həsr olunmuş açıq dərs

Azərbaycan Dillər Universitetində “1 mart – Ümumdünya Mülki müdafiə günü”nə həsr olunmuş tədbir keçirilib. Universitetdən Simsar.az-a verilən məlumata görə, Mülki Müdafiə, tibbi biliklərin əsasları və bədəni tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Tədris işləri üzrə prorektor Vazeh Əsgərov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Mülki Müdafiə Qoşunları İdarəsinin əməkdaşları, həmçinin universitetin müəllim-tələbə heyəti iştirak edib.

Açıq dərs formatında keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev “Ümumdünya Mülki müdafiə günü”həsr olunan tədbirin tələbələri maarrifləndirmək məqsədilə keçirildiyini bildirdi. Polkovnik fövqəladə hallar zamanı baş vermiş hadisələr, bu hallardan çıxış yolu tapmaq üçün lazımi qaydalar haqqında ümumi məlumat verib.

Mərkəzi Mülki Müdafiə kurslarının rəisi, polkovnik Asif Qəribov “Mülki Müdafiənin təşkili və Mülki Müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda məruzə ilə çıxış etdi. O, məruzəsində Fövqəladə Hallar Nazirliyinin əhalinin fövqəladə hallardan qorunması fəaliyyəti və Mülki müdafiə sahəsində fəaliyyəti haqqında danışaraq Mülki müdafiənin məqsədi, təşkil edilməsi prinsipləri, Mülki müdafiə sahəsində dövlətin vəzifələri, hüquqi şəxslərin vəzifələri, vətəndaşın hüquq və vəzifələrinə toxundu. A. Qəribov Mülki Müdafiə sisteminin təşkili sxemi ilə iştirakçıları tanış etdikdən sonra Mülki Müdafiə və Fövqəladə Halların müdafiə sahəsində əhalinin hazırlanması, Mülki Müdafiə qoşunları haqqında danışdı. Rəhbərlik etdiyi kurslar haqqında məlumat verən polkovnik A. Qəribov obyektlərdə Mülki Müdafiənin öyrədilməsi, Fövqəladə Hallar Nazirliyinin fəlakətin nəticələrinin aradan qaldırılması zamanı fəaliyyəti məsələlərinə də aydınlıq gətirib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin tərkibində fəaliyyət göstərən qurumlar, Nazirliyin fəaliyyəti, keçirilən təlimlərin əks olunduğu videoçarx nümayiş olunub.

Daha sonra mərkəzi laboratoiya avadanlıqları və texnikaları, dəri mühafizə vasitələri, zəhərləyici maddələrdən qorunma vasitələri haqqında məlumat verildi, onların nümayişi keçirilib.






2 Mart, 2015  16:38 Baxılıb: 968 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner