Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Quran” motivləri əsasında hekayə MÜSABİQƏSİ

Azərbaycan Yaradıcılıq Fondu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qurani-kərim motivləri əsasında hekayə” müsabiqəsi elan edir.

Bu barədə “Qafqazinfo”ya Yaradıcılıq Fondundan məlumat daxil olub. Layihə - Qurani-kərimin gənclər arasında düzgün formada təbliğinə, müqəddəs kitabdan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.

Müsabiqənin şərtləri:

1) Müsabiqəyə təqdim edilən hekayələrin sujeti və ideyası Qurani-kərim motivləri əsasında olmalıdır;

2) Müsabiqəyə göndərilən hekayələr 10 min işarədən az olmamalıdır;

3) Hekayələr elektron formada (Times New Roman şriftində) müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə Azərbaycan Yaradıclıq Fondunun elektron ünvanına göndərilməlidir;ayfondu@gmail.com

4) Hekayələr qəbulu üçün son gün 15 aprel 2015-ci ildir.

5) Müsabiqədə yaş məhdudiyyəti yoxdur.

Mükafatlandırma: Müsabiqədə 1-ci, 2-ci və 3-cü yer olmaqla üç baş mükafat və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin iki həvəsləndirici mükafatı olacaq.

Birinci yer – 700 azn

İkinci yer – 500 azn

Üçüncü yer – 300 azn

Həvəsləndirici iki yerin qaliblərinə isə qiymətli hədiyyələr veriləcək. Müsabiqəyə təqdim edilən bütün hekayələr antologiya kimi dərc ediləcək, təntənəli mükafatlandırma mərasimi keçiriləcək. Nəşr edilmiş antologiya Respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanacaq.






2 Mart, 2015  15:51 Baxılıb: 663 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner