Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsrail səfiri: “Nümayəndəmiz 24 apreldə İrəvana səfər etməyəcək”

“Rəsvi Təl – Əviv ATƏT-in Minsk Qrupunu dəstəkləyir”

Simsar.az xəbər verir ki, bunu İsrailin İrəvandakı səfiri Şmuel Meyrom News.am-a müxbirinin “İsrail Azərbaycana silah satan ölkələrdən biridir. İlin əvvəlində cəbhə xəttində bir çox münaqişə halları qeydə alınıb. Sizcə, gələcəkdə vəziyyətin gərginlikləşməməsi üçün nə etmək lazımdır?” sualına cavab verərkən deyib.

Səfir isə cavabında bildirib: “İsrail-Fələstin münaqişəsində olduğu kimi, Dağlıq Qarabağ münaqişəsində də yalnız tərəflər arasında aparılacaq birbaşa danışıqların problemin həllinə çatdıracağını güman edirik. Bu səbəblə ATƏT-in Minsk Qrupunu dəstəkləyirik”.

Səfir həmçinin 24 apreldə qondarma erməni soyqırımının 100 illiyinə həsr ediləcək tədbirdə İsrail nümayəndə heyyətinin qatılmayacağını da bildirib: “Bu il aprelin 22-də İsrailin müstəqilliyi ilə bağlı təbrik mərasimləri başlayır. 24 aprel Cümə günüdür. Cümə axşamı isə Yəhudilərin Şabatı başlayır. Bu səbəblə İsraillin rəsmi şəxsləri üçün panlı tədbirlərdə iştirak etmək asan deyil. Fikrimcə, 24 Aprel rəsmi səfərlər üçün problemli bir gün. İsrail rəsmi nümayəndə heyətinin il ərzində İrəvanı ziyarət edəcəyini ümid edirəm”.

Ş.Meyrom İsrailin nümayəndəsinin aprelin 24-də Türkiyəyə də səfər etməyəcəyini söyləyib.

Hüseyn İbadlı






2 Mart, 2015  15:12 Baxılıb: 949 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner