Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası - FOTO

Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası başlayıb.

APA-nın məlumatın görə, iclasda 2016-cı ildə Bakıda “AzərTAc”ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq işləri müzakirə olunur.

Təbirdə Səudiyyə Xəbər Agentliyinin və Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman, “Reuters” agentliyinin Avropa üzrə vitse-prezidenti Yoahim Şmalts, “Associated Press” agentliyinin vitse-prezidenti Con Danişevski, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensen, EANA baş katibi Erik Naylen, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar, Qazaxıstanın “Kazinform” agentliyinin baş direktoru Dauren Diyaarov, Türkmənistan Dövlət İnformasiya Agentliyinin (DTX) baş direktoru Bekdurdu Amansarıyev, Bolqarıstanın BTA agentliyinin baş direktoru Boyan Veselinoviç, Rumıniyanın AGERPRESS agentliyinin baş direktoru İon Alexanduru Giboi, Belarusun “BelTA” agentliyinin baş direktoru Dmitri Juk, Litvanın ELTA agentliyinin baş direktoru Qrajna Ramanauskaite-Tiumeneviene, Qırğızıstanın “Kabar” agentliyinin baş direktorunun birinci müavini Nurdin Urmambetov, Argentinanın TELAM agentliyinin institusional əlaqələrin inkişafı departamentinin meneceri Jan Manuel Fonruj, Türkiyənin “Anadolu”, İtaliyanın AGİ, İspaniyanın EFE agentliklərinin nümayəndələri iştirak edirlər.

İclas mətbuat üçün qapalıdır.






2 Mart, 2015  12:00 Baxılıb: 668 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner