Martın 4-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları baş tutacaq. Simsar.az xəbər verir ki, artıq iki matçın başlama saatı məlumdur.
Saat 17:00-da paytaxt derbisində “Neftçi” AZAL-ı qəbul edəcək. Bu qarşılaşma başa çatdıqdan dərhal sonra, yəni 19:00-da “Simurq” “Qəbələ”nin qonağı olacaq. Hər iki görüş “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, ölkə kubokunun 1/4 final mərhələsinin digər oyunlarında “İnter” “Xəzər Lənkəran”ı, “Qarabağ” isə “Bakı”nı qəbul edəcək.