Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Gənc kimyaçıların yaradıcılıq musabiqəsi” keçirildi

Bakı Ali Neft Məktəbində (BANM) “Gənc kimyaçıların yaradıcılıq musabiqəsi” keçirilib.

BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, rktoru Elmar Qasımov Təhsil Nazirliyi ilə birgə keçirilən müsabiqənin açılış mərasimində təşkilatçıları və iştirakçıları salamlayaraq onlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyətinin uğurları və perspektivləri haqqında ətraflı məlumat verib. E.Qasımov BANM-in ölkə ictimaiyyəti, digər təhsil müəssisələri, elmi-tədqiqat institutları və yaradıcılıq mərkəzləri ilə daim sıx əməkdaşlıq etdiyini qeyd edərək, müsabiqənin məhz bu Ali Məktəbdə təşkilinin belə əməkdaşlığın bariz nümunəsi olduğunu vurğuladı. Rektor müsabiqə iştirakçılarına bu cür tədbirlərdə həmişə fəal iştirak etməyi tövsiyə etdi və onlara bilik yarışında uğurlar arzulayıb.

Bakı Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov müsabiqə iştirakçılarını salamlayaraq, yeniyetmələrin yaradıcılıq fəaliyyətinə cəlb olunmasının onların təhsildə motivasiyasının artırılmasına xidmət etdiyini, gələcək həyat yolunun seçilməsində vacib amil olduğunu vurğulanıb. O, bu istiqamətdə son illər təşkil olunan tədbirlərdən danışaraq, təhsil sistemində ardıcıl olaraq həyata keçirilən islahatların perspektivlərini yüksək qiymətləndirdi və müsabiqə iştirakçılarına bilik və bacarıqlarının nümayişində müvəffəqiyyətlər arzulayıb.

BANM-in “Kimya mühəndisliyi” ixtisasının 1-ci kurs tələbəsi Nərmin Baxışova və “Kimya mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi, prezident təqaüdçüsü Pərnaz Səlimova təşkilatçılara və müsabiqə iştirakçılarına müraciətlərində özlərinin bu Ali Məktəbin tələbəsi adını qazandıqlarından qürur hissi keçirdiklərini qeyd edərək, buradakı münbit təhsil mühitinin, məzmunlu və maraqlı tələbə həyatının onların şəxsiyyət və mütəxəssis kimi formalaşmasında böyük rol oynadığını vurğulayıblar. Onlar bu cür müsabiqələrin şagirdlərin biliklərinin nümayişi üçün vacib rol oynadığını deyiblər. Tələbələr, həmçinin, müsabiqə iştirakçılarını gələcəkdə BANM-də ali təhsil almağa dəvət etdilər və tələbələrin sırasına qoşulan hər bir gəncə hamilik etməyə hazır olduğlarını bildiriblər.

Daha sonra 10 uşaq yaradıcılıq mərkəzinin, 2 yeniyetmə yaradıcılıq mərkəzinin,1 uşaq gənclər yaradıcılıq mərkəzinin, 7 texniki yaradıcılıq mərkəzinin, 1 gənc turistlər və diyarşünaslıq mərkəzinin, 2 şagirdlərin ekoloji tərbiyə və təcrübə mərkəzinin, 1 ekoloji tərbiyə və təcrübə mərkəzinin, 2 məktəbdənkənar tərbiyə işi mərkəzinin hər birində 3 nəfər olan 26 komandasının arasında müsabiqəyə start verildi. Komandaların üzvləri bir saat ərzində müsabiqə tapşırıqlarını yerinə yetirdikdən, sonra onların cavabları münsiflər tərəfindən qiymətləndirildi və qalib komandalar müəyyən edilib.

Tədbir çərçivəsində müsabiqə iştirakçıları üçün Bakı Ali Neft Məktəbi ilə tanışlıq ekskursiyası təşkil olunub.

Yarışmanın yekununda 1-ci, 2-ci, 3-cü yerlərə çıxan komandaların üzvlərinə Bakı Ali Neft Məktəbinin 1-ci, 2-ci və 3-cü dərəcəli diplomları və mükafatları təqdim edilib.

Hüseyn İbadlı






2 Mart, 2015  11:06 Baxılıb: 585 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner