Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Boksçumuz ermənini məğlub edib qalib oldu

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” turnirinə yekun vurulub. Simsar.az xəbər verir ki, Azərbaycan millisinin 2 üzvü – Elvin İsayevlə Lorenzo Sotomayor yarışın qalibi olub.

60 kq çəki dərəcəsində mübarizə aparan İsayev finalda Ermənistan idmançısı Samvel Barseqyanla üz-üzə gəlib və rəqibini rinqə çıxmağa peşman edib.

Sotomayor da (64 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqda ciddi müqavimətlə üzləşməyib. Millimizin Kuba əsilli boksçusu final döyüşünün hər 3 raundunda özbəkistanlı Fazliddin Qaibnazarovdan üstün olub.

Qadınların turnirində çıxış edən Yelena Vıstropova (64 kq) isə gümüş medalla kifayətlənib. Bu yarışda fərqli çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə İsveç nümayəndəsi Aqnes Aleksiussona uduzub.

Qeyd edək ki, “Strandja” turniri iyunda keçiriləcək Avropa oyunlarına hazırlıq xarakteri daşıyır.






2 Mart, 2015  10:22 Baxılıb: 781 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner