Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xəbər portallarına nəzarət ediləcək

Mətbuat Şurasının nəzdində Məşvərət Şurası yaradılacaq

Azərbaycanda internet xəbər portallarının jurnalist etikasına nə dərəcədə əməl etmələrinə nəzarət etmək üçün Mətbuat Şurasının (MŞ) nəzdində Məşvərət Şurası yaradılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. 
Onun sözlərinə görə, təcrübəli xəbər portallarının rəhbərləri həmin şuraya üzv seçiləcək. Ə.Amaşov onu da bildirib ki, dünyanın digər ölkələrində də belə təcrübə mövcuddur:
“Dünyanın heç bir yerində internet portallara dövlət tərəfindən nəzarət həyata keçirilmir, ancaq dünyanın hər yerində xəbər portallarında gedən yazıların keyfiyyətinə, jurnalist etikasına uyğun olub-olmamasına müxtəlif ictimai qurumlar tərəfindən nəzarət edilir. Bəzi yerlərdə internet portalların özləri belə bir ictimai qurum yaradırlar və o qurum vasitəsilə həmin nəzarəti həyata keçirirlər. Digər yerlərdə bu missiyanı jurnalist təşkilatları həyata keçirir".
MŞ sədri qeyd edib ki, Mətbuat Şurası xəbər portalları ilə bağlı qərar qəbul edərkən Məsləhət Şurasının qərarlarını əsas götürəcək. Onun sözlərinə görə, internet portallar haqqında qəbul olunan qərarlar da qəzetlərlə bağlı olduğu kimi ictimai qınağa əsaslanacaq və orada heç bir inzibati cəza tətbiq olunmayacaq:
"İctimai qınağa əsaslanan qərarlar daha təsirli olur. KİV-lər də bunu anlayırlar və çalışırlar ki, etik normaları pozmasınlar. İnternet xəbər portallarında hələlik etik normaların mütəmadi olaraq pozulması ilə bağlı təcrübə ilə üzləşməmişik" .






3 May, 2011  20:40 Baxılıb: 1208 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner