Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ümid edirəm ki, Putin məni öldürməyəcək - Nemtsov

Bu gecə Rusiya müxalifətinin lideri, məşhur siyasətçi Boris Nemtsov öldürülüb.

Simsar.az Rusiya müxalifətinin lideri Boris Nemtsovun Putinin onu öldürməsi ilə bağlı fevral ayında Sobesednik.ru saytına verdiyi müsahibənin qısa mətnini təqdim edir.

O, müsahibəsində anasıyla tez-tez siyasi baxışlarını bölüşdüyünü bildirib:

- Mənim əziz anamın adı Dina Yakovlevna Eydmandır. Martda 87 yaşı tamam olacaq. O həkim-pediatırdır. Çox ağır həyat yaşayıb: müharibə vaxtı məktəbli olanda səngər qazırdı, daha sonra iki övlad böyüdüb. İndi mən Moskvada, o isə Nijni Novqorodda yaşayır. Onunla uşaqlarım və onun nəvələrinin uğurlarını müzakirə edirik. Anamla siyasəti də müzakirə etməyi xoşlayırıq. Anam Ukraynada baş verənlərin qəti əleyhinədir və hesab edir ki, bu fəlakətdir. Amma Ukraynadan daha çox onu Putin narahat edir. Hər dəfə zəng edəndə deyinir: "Putini tənqid etməyi nə vaxt qurtaracaqsan? O səni öldürəcək!” Və bunu tam ciddiyyəti ilə söyləyir". Əslində, anam məni belə tərbiyə edib. İndi isə əksinə deyir.

- Maraqlıdır, ananızla belə müzakirələrdən sonra Putinin sizi yaxın vaxtda öldürəcəyinə inanırsınızmı və bundan qorxursunuzmu?


- Düzünü desəm, bəli... Bir az qorxuram… Anam kimi olmasa da, qorxuram… Əgər mən ondan çox qorxsaydım, çətin ki, müxalifət partiyasına liderlik edərdim…

- Biz də ümid edirik ki, Putin sizi öldürməyəcək…


- Mən də ümid edirəm..






28 Fevral, 2015  12:09 Baxılıb: 1131 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner