Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Dağ yəhudiləri” icmasının sədri istefa verdi

Azərbaycan “Dağ yəhudiləri” dini icmasının sədri Boris Simanduyev istefa verib.

Simsar.az-ın “gorskiye.ru” saytına istinadən verdiyi məlumata görə, fevralın 26-da Quba rayonu Qırmızı qəsəbədə dağ yəhudilərinin iştirakı ilə keçirilən mərasimdə 21 il icmaya rəhbərlik etmiş Boris Simanduyev yaşının çox olması səbəbindən istefasını istəyib.

İclasda Qırmızı qəsəbə sakini Yurik Niftəliyev “Dağ yəhudiləri” dini icmasının yeni sədri seçilib. 44 yaşlı Y. Niftəliyev Simferopolda Tibb Universitetində təhsil alıb və qəsəbədə əczaçı olaraq çalışır.

Xatırladaq ki, 2013-cü ildə Boris Simundayev 80 illik yubileyini qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev onu Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edib.






28 Fevral, 2015  11:47 Baxılıb: 767 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner