Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Emin Ağalarov sosial şəbəkdə uşaqlarından yazdı

“Uşaqlarım çox diribaşdırlar”

Simsar.az-ın əməkdaşı xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin kürəkəni Emin Ağalarov “Facebook” sosial şəbəkəsində uşaqları ilə bağlı maraqlı şərh yazıb. 
“Krokus” şirkətinin prezidenti Araz Ağalarovun oğlu Emin Ağalarov özünün həm biznes, həm də musiqidəki naliyyətləri ilə tanına bilib. Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə evli olan Eminin bu evlilikdən Əli və Mikayıl adlı əkiz oğlanları var.
Emin Ağalarov sosial şəbəkədə yazdığı şərhlərdə uşaqları barədə hərarətlə qeydlər qoyub, oğlanlarının çox gülməli və çevik olduqlarını qeyd edib: “Uşaqlar çox gülməlidirlər. Əlimizdən tutub “ata”, “ana” deyə danışırlar. Öz aralarında isə bir-birilərini “qaqa” deyə çağırırlar. Yəqin “qaqaş” sözündən götürüblər. Uşaqlarım çox diribaşdırlar. Ən şən, gülməli, isti keçirdiyim anlar uşaqlarımla keçirdiyim dəqiqələrdi”.

Emin Ağalarovun Moskvada növbəti klipinin çəkilişləri başlanıb. Klipi məşhur rejissoru Fil Qriffin çəkir. O həm də Eminin iki mahnsına klip və onun haqqında qısametrajlı sənədli film də çəkir. Bu barədə Emin Ağalarovun rəsmi saytı məlumat yayıb: “Emin həftədə 15-20 saat kamera qarşısında olacaq. Belə ki, onun oxuduğu “Falling” və Böyük Britaniyada hitə çevrilən “Any Time You Fall” mahnısının videoklipləri çəkiləcək. Bununla paralel olaraq qısametrajlı filmin foto və video çəkilişi aparılacaq”.

Aynurə






3 May, 2011  20:01 Baxılıb: 5749 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner