Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AZƏRBAYCAN JURNALİSTİ BEYNƏLXALQ MƏTBUAT GÜNÜNDƏ

Kimdə bayram əhvalı var, kimdə yox?..

BMT Baş Assambleyası 1993-cü ildə 3 may tarixini Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etmək barədə qərar qəbul edib. Artıq 18 ildir ki, bütün dünya bu günü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd edir.  
Azərbaycanda da bu bayram qeyd olunur. Görəsən bu gün Azərbaycan jurnalistləri özlərini necə hiss edir?

“Belə bir gündə özümü çox yaxşı hiss edirəm”

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizdə 3 may gününü azad mətbuat günü kimi qeyd olunmasının yaxşı ənənə olduğunu qeyd edir: “Söz və mətbuat azadlığı sahəsində kifayət qədər uğurlu işlər görülüb. Azərbaycanda, kimliyindən asılı olmayaraq, istənilən vətəndaşın mətbuatda öz sözünü sərbəst demək imkanı var. Ölkədə bu sahədə kifayət qədər uğurlu addımlar atılıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, mətbuatın da inkişafına təkan verdi. 1999-cu ildə “KİV haqqında qanun”un qəbul olunması, 2001-ci ildə bu qanuna əlavə və dəyişikliklərin edilməsi mətbuat sisteminin inkişafı üçün çox uğurlu addım olub. 2005-ci ildə Azərbaycan mətbuatının 130 illiyində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla mətbuat işçilərinin dövlətin ali mükafatları ilə təltif olunması da çox uğurlu hal idi. KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması Azərbaycan mətbuat tarixində önəmli hadisədir. Bu, həm jurnalistlərin, həm də redaksiyaların maddi- texniki bazasının inkişafına səbəb oldu. Belə bir gündə əlbəttə ki, özümü çox yaxşı hiss edirəm. Çox böyük həvəslə işə gəlmişəm”.

“Özümü bu gün çox pis hiss edirəm”

“Kanal 13” internet televiziyasının “Aktual” proqramının aparıcısı Aynur İmranova bu gün həbsdə olan həmkarlarını xatırlayır: “Özümü bu gün çox pis hiss edirəm. Neçə illərdi azad söz uğrunda itirdiyimiz dostlarımızı xatırlayıram. Eynulla Fətullayevi xatırlayıram”.

“Çox gözəl ovqatla işə gəlmişəm”

“Xalq” qəzetinin iqtisadiyyat şöbəsinin müxbiri Vaqif Bayramov bu günün beynəlxalq söz və mətbuat azadlığı günü kimi qeyd olunmasını dünyadakı jurnalistlərin həmrəyliyinin təcəssümü olduğunu bildirir: “Çox gözəl ovqatla işə gəlmişəm. Bu gün bütün dünyadakı mətbuat işçilərinin bayramıdır. Azərbaycanda da söz və mətbuat sahəsində azadlıq və sərbəstlik var. Heç bir sözümüzə maneə yoxdur”.

“Öz işini həvəslə, sevərək həyata keçirən media işçiləri ən xoşbəxt insanlardı”

“Davam” qəzetinin müxbiri Şəhla Feyruzbəyli jurnalist peşəsinin məsuliyyətindən danışaraq, bu gün özünü yaxşı hiss edir: “Mətbuat işi çox məsuliyyətli və şərəfli bir işdir. Bu sahədə olanlar birbaşa xalqla unsiyyətdə olur. Hər bir anda xalqın yanındayıq, həm sevincinə,həm də bütün problemlərinə şərikik. Öz işini həvəslə, sevərək həyata keçirən media işçiləri ən xoşbəxt insanlardı. Bu gün özümü çox əla, gözəl hiss edirəm. Bütün media işçilərini təbrik edirəm”.

“Bayram abu-havası var, həm də hava günəşlidir”

“Ayna” və “Zerkalo” qəzetlərinin müxbiri Nicat Səmədoğlu bu gün özünü yaxşı hiss etdiyindən danışır: “Özümü çox yaxşı hiss edirəm. Bayram abu-havası var, həm də hava günəşlidir. Bu da ovqatıma yaxşı təsir edir”.

“Bu günün olması ilə bağlı quru bir təbrik də yoxdur”

“Mərkəz” qəzetinin köşə yazarı Cəlil Cavanşir: “Bu gün iş günümdür. Ancaq hesab edirəm ki, fərqli olmalı idi. Bu gün heç olmasa özəl təbriklər almalı idik. Amma bu günün olması ilə bağlı quru bir təbrik də yoxdur. Yenə sağolsun, Simsar.az xatırlatdı”.

“Beynəlxalq Mətbuat Günündə özümüzü yaxşı hiss etməmək üçün xeyli əsaslar var”

“Yeni Müsavat” qəzetinin kriminal şöbəsinin rəhbəri Elşən Balaxanlı bu gün məyus olduğunu deyir: “Beynəlxalq Mətbuat Günündə özümüzü yaxşı his etməmək üçün xeyli əsaslar var. Elmar Hüseynovun qatilləri tutulmur, Avropa Məhkəməsi Eynulla Fətullayevə bəraət verib dərhal azadlığa buraxılması barədə qərar versə də 1 ildən artıqdır ki icra olunmur. Jurnalistlər döyülür. Bu hadisələr Azərbaycan jurnalistikasının bayram əhval-ruhiyyəsində olmamasına zəmin yaradır”.

Aynurə Həsənova






3 May, 2011  19:43 Baxılıb: 1451 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner