Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məleykə Abbaszadə qəbul keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Xaçmaz şəhərində vətəndaşlarla görüş keçirib.

TQDK  sədri Məleykə Abbaszadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq görüşləri davam edir.
Komissiya sədrinin növbəti qəbulu fevralın 27-də Xaçmaz şəhərində təşkil olunmuşdur. Qəbulda Xaçmaz şəhər sakinləri ilə yanaşı, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Görüşdən öncə TQDK-nın sədri Xaçmaz şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzüb.

Vətəndaşlar ali təhsil müəssisələrində bir ixtisasdan digər ixtisasa köçürülmə , 2014-cü ildə keçirilmiş imtahanların nəticələrinə dair statistik məlumatlar , ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı Komissiya sədrinə müraciət etmişlər. Bununla yanaşı, görüşə gələnlər tələbə köçürmələri, qabiliyyət imtahanları və s. məsələlərlə bağlı Komissiya sədrinə rəy və sorğularını bildiriblər.
TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapmışdır. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

Aysel Kərimova






27 Fevral, 2015  16:07 Baxılıb: 763 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner