Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Almaniya Azərbaycan turizmindən yazdı

Azərbaycanın turizm potensialına dair alman dilində yeni “Aserbaidschan” bələdçi kitabı nəşr olunub

Simsar.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkəti arasında əməkdaşlıq çərçivəsində ölkəmizin turizm potensialını özündə əks etdirən alman dilində yeni "Aserbaidschan" bələdçi kitabı hazırlanmış və 5000 ədəd tirajla nəşr olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin salamlama məktubu ilə başlayan bu bələdçi kitabında Bakı şəhəri, Abşeron, YUNESKO-nun siyahısına daxil olmuş Azərbaycanın mədəniyyət abidələri, Azərbaycanın milli mətbəxi, mədəniyyəti və əhalisi haqqında ətraflı məlumat verilir. Həmçinin Azərbaycanda çimərlik, qış, dağ və müalicəvi turizmi haqqında məlumatlar və foto şəkillər yerləşdirilmişdir. Eyni zamanda kitabda Azərbaycanda olan alman irsi üçün də yer ayrılıb.
"Aserbaidschan" bələdçi kitabı 04 - 08 mart 2015-ci ilin tarixlərində Berlində keçiriləcək "İTB 2015" beynəlxalq turizm sərgisində, Almaniyadan olan info-turlar zamanı və digər alman dilli ölkələrdə keçiriləcək beynəlxalq tədbirlərdə istifadə ediləcək.
Kitabın elektron variantını aşağıdakı link vasitəsilə yükləmək olar:

http://www.aserbaidschan-tourismus.de/de/multimedia-presentations/4-Pr%C3%A4sentation






27 Fevral, 2015  13:25 Baxılıb: 1077 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner