Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkiyə parlamenti Azərbaycandan üzr istədi

Ötən gün Mərmərə Universitetində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir olb. Simsar.az saytının məlumatına görə tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrinin müavini Meral Akşener Xocalı faciəsi barədə danışıb və erməni quldurlarının törətdiyi vəhşiliklərdən söz açıb.
Türkiyə parlamentinin vitse-spikeri 2009-cu ildə Bursada Azərbaycan bayrağına qarşı qoyulan qadağaya görə təəssüf hissi keçirdiyini bildirib. Meral Akşener deyib ki, həmin biabırçı hadisəyə görə Azərbaycan xalqından üzr istəyir.   “Bu xoşagələn hadisə deyildi, mən buna görə Azərbaycandan üzr istəyirəm”,-deyə TBMM rəsmisi söyləyib. 

Qeyd edək ki, 2009-cu ilin oktyabrın 14-də Türkiyə-Ermənistan milli futbol komandalarının  Bursa Atatürk stadionunda keçirilən matçından öncə Azərbaycan bayraqlarının stadiona gətirilməsinə qadağa qoyulub. Türkiyə tərəfi hesab edirdi ki, Azərbaycan bayraqlarının stadiona daxil olması milli zəmində gərginlim yarada bilər. Həmin zaman yayılan fotolardan aydın oldu ki, Azərbaycan bayraqları hətta zibil qablarına da atılıb. 

Bu biabırçı olay Azərbaycanda ciddi ictimai qınağa səbəb olmuşdu.






27 Fevral, 2015  12:39 Baxılıb: 931 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner