Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“İnter” bosniyalı məşqçi ilə müqavilə bağlaya bilər

Məlum olduğu kimi, "İnter"in baş məşqiçisi Kaxaber Sxadadze mövsümün sonunadək həm paytaxt komandasını, həm də Gürcüstan millisini çalışdıracaq. Simsar.az xəbər verir ki, buna görə də, texniki heyət Marino Pusiçin simasında əlavə köməkçi məşqçi ilə gücləndiriləcək.

Marino Pusiç 1971-ci il avqustun 18-də Bosniya və Hersoqovinanın Mostar şəhərində anadan olub. Peşəkar futbolçu kimi o, "Red Star"(Belqrad), "Velez" (Mostar, Bosniya və Hersoqovina), "Köln"(Almaniya), "De Qraafşap"(Hollandiya), "Qo Ahead Eagles" (Hollandiya) kimi klublarda və iki oyun Bosniya və Hersoqovina yığmasında çıxış edib.

Pusiç 2009-2013-cü illərdə "Vitesse Arnhem"(Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə isə  UEFA Pro lisenziyasını alıb. 2013-cü ilin iyulun 1-dən 2014-cü ilin oktaybr ayınadək "NAC Breda" (Hollandiya) klubunda köməkçi məqçi kimi çalışıb.

"İnter" komandasının idman direktoru Roland Vroomans Marino Pusiç haqqında klub saytına bunları açıqlayıb: “Biz onu mövsümün sonunadək texniki heyəti gücləndirmək üçün yaxşı namizəd hesab edirik. Bununla da biz diqqətimizi əsas komandanın oyunçularına və nəticəyə yönəldərik. Eyni zamanda biz komandanın yeni texniki heyətini gələcək bir neçə il ərzində formalaşdıra bilərik".






27 Fevral, 2015  11:59 Baxılıb: 1028 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner