Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Mingəçevirdə Sənaye parkı yaradılacaq

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 27-də Mingəçevir Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Simsar.az-ın məlumatına görə, sənədə əsasən, Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanının 4-cü hissəsi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən həyata keçirilir.

Mingəçevir Sənaye Parkının fəaliyyəti üçün “Mingəçevir-Toxucu” ASC-nin 14,8 hektar torpaq sahəsinin icarə hüququ ilə MMC-nin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etməli və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Prezident tərəfindən imzalanan digər sərəncama əsasən, Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkilini, onun ərazisində mövcud olan bina və qurğuların sökülməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2 mln. manat ayrılacaq.

Prezident həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Fərman da imzalayıb.

Sənədə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı - “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılır.

Mingəçevir Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirəcək.






27 Fevral, 2015  10:16 Baxılıb: 1131 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner