Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Məxfi məlumatlarla işləməklə bağlı yeni Qayda

Azərbaycan prezidenti İlham Əliyev “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 984-IVQD nömrəli qanununun tətbiqi və “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 217 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman verib.

APA-nın məlumatına görə, indiyə qədər Baş Prokurorluğuna tövsiyə edilirdi, Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə isə tapşırılırdı ki, keçirdikləri yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxması halları barədə Milli Təhlükəsizlik Nazirliyinə məlumat versinlər.

Dəyişikliyə əsasən, dövlət sirri təşkil edən məlumatların əhatə dairəsi dəqiqləşdirilir, şəxsin yoxlanılma proseduru dəyişdirilir. Başqa sözlə, Baş Prokurorluğuna tövsiyə edilir, Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə isə tapşırılır ki, şəxsin xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri keçirərkən, yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin “Dövlət sirri haqqında” qanunun 23.1.7-ci maddəsində nəzərdə tutulan əsasın (Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxması) olub-olmaması barədə Milli Təhlükəsizlik Nazirliyinin rəyini alsınlar.






27 Fevral, 2015  10:04 Baxılıb: 965 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner