Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dövlət büdcəsi bir milyard manat arta bilər

Nazir müavini: “Gözləntilər neftin qiymət fərqləri ilə bağlıdır”

"2011-ci il üçün dövlət büdcəsi haqqında" qanuna əlavə və dəyişikliklər layihəsinin 10 gün ərzində Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunması planlaşdırılır. Simsar.az-ın məlumatına görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov deyib: "2011-ci il dövlət büdcəsi proqnozlarına dəyişikliklər zamanı defisitin saxlanması planlaşdırılır, lakin bu zaman büdcə proqnozlarında əhəmiyyətli dəyişikliklərin edilməsi gözlənilir. Amma onlar ötən illərdə olduğu kimi, 70-80 faiz olmayacaq".

2011-ci il dövlət büdcəsi proqnozlarına dəyişikliklər çərçivəsində neftin bir barelinin hazırkı qiymətinin 60 dollardan 80 dollaradək artırılacağı ehtimal olunur. Dünya bazarlarında neftin qiymətlərinin artması ilə əlaqədar ölkənin dövlət büdcəsinə daxilolmaların həcminin artacağı da gözlənilir. Nazir müavininin sözlərinə görə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) dövlət büdcəsinə əlavə olaraq minimum 450 milyon dollar vəsaitin daxil olacağı proqnozlaşdırılır. ABƏŞ-dən daxilolmaların ilkin proqnozu 600 milyon manatdır. ABƏŞ Azərbaycanın Azeri Light markalı neftinin çıxarıldığı "Azəri-Çıraq-Günəşli" yataqlarının iri blokunun işlənməsinin operatorudur: “Lakin ABƏŞ son iki rübdə dövlət büdcəsinə 641 milyon manat vəsait köçürüb. Büdcə proqnozlarına dəyişikliklər zamanı daha 450 milyon manat əlavə edək. Ən konservativ yanaşma ilə, hər rüb ərzində ödənişlər 200 milyon manat olarsa, minimum proqnoz 1,050 milyard manat təşkil edər, lakin biz daha çox əldə edəcəyimizi gözləyirik".

Dövlət Neft Şirkəti (ARDNŞ) üçün proqnozun 150-160 milyon manat artırılacağı gözlənilir. Təsdiqlənmiş proqnozlara görə, 2011-ci ildə ARDNŞ-dən daxilolmalar 1,080 milyard manat səviyyəsində gözlənilir: “Hesablamalar hələ davam edir, lakin belə gözləntilər neftin qiymət fərqləri ilə bağlıdır. Bu il ARDNŞ-dən mənfəət vergisi üzrə daxilolmalar gözlənilmir". Onun sözlərinə görə, hazırda Dövlət Neft Fondundan bu il 6,48 milyard manat səviyyəsində müəyyən edilən transferlər dəqiqləşdirilir.

Vergilər Nazirliyinin xətti ilə büdcəyə əlavə 700 milyon manatın daxil olacağı gözlənilir. Dövlət Gömrük Komitəsi üçün də proqnozlar artırılsa da, bu, elə də nəzərəçarpan olmayacaq. Təsdiqlənmiş proqnozlara görə, Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 4 420 milyon manat, DGK üçün isə 1 120 milyon manat səviyyəsində müəyyən edilib.
"Ümumilikdə dövlət büdcəsinin gəlir hissəsi üzrə proqnozlarda artım bir milyard manatı ötə bilər".

Qeyd edək ki, 2011-ci il üzrə ölkənin dövlət büdcəsinin gəlirləri 12 061 milyon manat (mərkəzləşdirilmiş gəlirlər - 11 613 958,2 min manat, yerli - 447 041,8 min manat), xərcləri 12 748 milyon manat (mərkəzləşdirilmiş xərclər - 11 439 980,0 min manat, yerli xərclər - 1 308 020,0 min manat) məbləğində təsdiq olunub.






3 May, 2011  18:52 Baxılıb: 1510 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner