Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Xarkov partlayışını təşkil edənlər həbs edildi

Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşları fevralın 22-də Xarkovda keçirilən nümayiş zamanı törədilən parlayışın təşkilində şübhəli bilinən daha beş nəfəri həbs edib.

Simsar.az-ın məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov xəbər verib.

Turçinovun sözlərinə görə, terrorçu qrupun üzvləri fevralın 26-da antiterror tədbirləri nəticəsində tutulublar. Onlardan xeyli sayda silah və sursat aşkar edilərək götürülüb.

Aleksandr Turçinov əlavə edib ki, saxlanılanlar arasında cinayətin bilavasitə təşkilatçıları və iştirakçıları var. Bundan əlavə, bu cinayətkar qrupla əlaqəsi olan daha iki cinayətkar Donetsk vilayətinin Mariupol şəhərində terror aktı törətmək istəyərkən yaxalanıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları bundan əvvəl fevralın 22-də Xarkovda törədilən partlayışın təşkilində şübhəli bilinən 4 nəfəri həbs etmişdi.

Qeyd edək ki, həmin terror aktı nəticəsində 4 nəfər həlak olmuş, 9 nəfər isə müxtəlif bədən xəsarətləri almışdı.






26 Fevral, 2015  21:45 Baxılıb: 890 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner