Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Dünyanın ən varlı 15 həkimi – SİZ DƏ TANIYIN – FOTO

Simsar.az thrivinglifestylez.com-a istinadən sizi dünyanın ən varlı 15 həkimi ilə tanış edir:

12 milyard dolları olan yaponiyalı həkim Patrick Soon Shiong xərçəng xəstələrini müalicə edir. Onun adı xeyriyyə kampaniyalarında da hallanır. O xəstələrə və xəstəxanalara könüllü maddi vəsait ayırır.

Öncələr hərbi hava qüvvələrində cərrah çalışan Thomas Fristin gələcəyi şəxsi xəstəxanası açıldıqdan sonra parlayıb. Atasının vəsaiti ilə şəxsi müəssəsini yaradan həkim bir əməliyyatda 29 milyard qazanc əldə edir. O həmçinin xəstəxanaların alış-satışı ilə də məşğul olur.

Dəri həkimi olan Phillip Frost əlinə düşən ilk fürsəti dəyərləndirir. O İvax adlanan əczaçılıq firmasını 7.8 milyard dollara satır. Hazırda o Teva Pharmaceuticals firmasının sahibkarıdır, burdan gəliri 3.8 milyard dollar təşkil edir.

Tibb sahəsində 11 illik təcrübəsindən sonra çinli Wu Yiling şəxsi əczaçılıq firmasını açmağı qərara alır. 1992-ci ildən etibarən o yaratdığı əczaçılıq firmasında bahalı dərmanlar satmaqla dünyanın ən varlı həkimləri siyahısına adını daxil edib. Onun bu firmadan əldə etdiyi gəlir 1.7 milyard dollardır.

Gary Michelson 250 nəfər üzərində apardığı araşdırmaya əsasən yaratdığı xüsusi cihazla adını tarixə yazdırdı. Bu ixtirasına öz adını verən həkim Medtronic adlı müəssəsindən 1.55 milyard dollar əldə edir. “Heyvanların vəkili” kimi tanınan alim elə öz adını daşıyan mükafat da hazırlayıb. O qeyd edib ki, bu mükafat cərrahiyə olmadan heyvanların sağlamlığının bərpası üçün xüsusi üsul yaradan ixtiraçıya veriləcək.

Bir əməliyyatdan əldə etdiyi gəliri 82 milyon dollar olan Dr. Phil 280 milyon dollar da televiziya fəaliyyətindən əldə edir. Məşhur psixoloqun The Dr. Phil Show proqramı da efirlərin ən çox izlənilən yayımlarından biridir.

Tibbi təcrübədə əldə etdiyi gəlirlərlə varlanan azsaylı həkimlər sırasında James Andrewsin də adı var. İdmançıları əməliyyat edən həkimin sadəcə bir cərrahiyədən əldə etdiyi gəlir 100 milyona yaxındır.

Plastik cərrahiyə ilə məşğul olan Terry Dubrowun qəbuluna yazılmaq elə də asan deyil. Bunun üçün xəstələr nə az, nə çox 6 ay gözləməli olurlar. Onun gəlirinin 30 milyon dollardan da artıq olduğu bildirilir.

Plastik cərahiyə aparan Leonard Hochsteinin bir əməliyyatdan əldə etdiyi məbləğ 20 milyon dollardır.

Garth Fisher, Robert Rey isə plastik cərrahiyəni 15 milyon dollara edir.

Ürək cərrahı olan Dr. Oz üçün xəstənin əməliyyat xərci 14 milyon dollardır. Bir sıra verilişlər, çap etdiyi kitablarla o reytinq qazanmaqla yanaşı həm də mübahisələrə səbəb olub.

Müxtəlif plastik əməliyyatlar edən Paul Nassif burun cərrahı kimi daha çox şöhrət qazanıb. Əməliyyat dəyəri isə 14 milyon dollardır.

Plastik cərrah kimi varlanan digər məşhur həkimlərdən biri də Travis Storkdur. Onun bir əməliyyatının qiyməti 8 milyon dollardır.

Nigar Məhərrəm

 






26 Fevral, 2015  17:23 Baxılıb: 1990 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner