Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xocalı ADU-da da anıldı

Azərbaycan Dillər Universitetində universitetin rejissoru Səadət Nəbiyevanın ssenarisi əsasında Pedaqoji (ingilis dili-fransız dili) fakültənin 325a qrup tələbəsi Röya Məmmədovanın təşkiltaçılığı ilə “Xocalı harayı” adlı tədbir keçirilib.

Universitetdən Simsar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqrımı qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Filologiya və Jurnalistika fakültəsinin 221-ci qrup tələbəsi Aysu Kərimova Zəlimxan Yaqubun “Xocalım ay Xocalım” və Məmməd Arazın “Ağlama”, həmin fakültənin 233 b qrup tələbəsi Əli Qəhrəmanov “Bayraq”, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin 325 a qrup tələbəsi Röya Məmmədova “Xocalı” şeirlərini söyləybilər.
Pedaqoji (ingilis dili-fransız dili) fakültənin 325 a qrup tələbəsi Ülkər Qurbanova pianinoda və Salman Bədəlov isə tarda “Şuşa” mahnısını ifa ediblər.
Xocalı hadisələri, orada həlak olmuş insanların məruz qaldıqları erməni vəhşiliklərini özündə əks etdirən fotolardan ibarət videoçarx nümayiş olunub.
Daha sonra Filologiya və Jurnalistika fakültəsi, o cümlədən Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbələrinin iştirakı ilə Xocalı soyqırımı hadisələrindən bəhs edən tamaşa göstərilib.

Sonda Filologiya və Jurnalistika fakültəsininin 336 a qrup tələbəsi Aydın Səadətovun ifa etdiyi “Qalx, qalx, ulu bayraq” mahnısının sədaları altında Azərbaycan Respublikasının üçrəngli bayrağı səhnəyə gətirilib.

Pedaqoji (ingilis dili və fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva çıxış edərək tariximizin unudulmaz səhifəsi olan Xocalı soyqırımının universitetdə silsilə tədbirlərlə anıldığını söyləyib. Üçrəngli Azərbaycan bayrağının millətin qüruru olduğunu deyən dekan tələbələr tərəfindən təşkil olunan tədbirin qəlblərdə intiqam hissini gücləndirdiyini deyib. Azərbaycanın vətənpərvər gəncliyinin olduğunu deyən V. Babayeva bu gənclərin işğal olunan Azərbaycan torpaqlarında üçrəngli bayrağı yenidən asacağını vurğulayıb.


Simsar.az






26 Fevral, 2015  16:58 Baxılıb: 964 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner