Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

KİV rəhbərləri «Fredoom House»-un hesabatını bisləyir

Vüqar Səfərli: “”Fredoom House” təşkilatı həmişə Azərbaycan haqqında neqativ məlumatlar yayır”

Əflatun Amaşov: "Jurnalistlərin peşə fəaliyyətinə yaradılan şərait heç də Pakistan, Əfqanıstan, Türkiyədən pis deyil" 

««Fredoom House» təşkilatı həmişə Azərbaycan haqqında neqativ məlumatlar yayır. Mətbuat azadlığına görə, son reytinq cədvəlində Azərbaycanın son sıralarda yerləşdirilməsi qərəzlidir». APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.
Fond rəhbəri deyib ki, bu gün Azərbaycanda mətbuat inkişaf edir, dövlət tərəfindən bununla bağlı KİV-ə dəstək də göstərilir: « KİV-in inkişafı üçün 2009-cu ildə büdcədən 1 milyon 300 min manat, 2010-cu ildə 2 milyon manat, üstəgəl 1 milyon manat ayrılıb. Bu il 2 milyon 400 min manat vəsait nəzərdə tutulub».

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə jurnalistlərə açıqlamasında qeyd edib ki, Azərbaycanın mətbuat azadlığına görə reytinq cədvəlində son sıralarda yer alması şübhəlidir. Şura sədrinin sözlərinə görə, Azərbaycanda mətbuatın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, jurnalistlərin peşə fəaliyyətinə yaradılan şərait heç də Pakistan, Əfqanıstan, yaxud 70-dək jurnalistin həbsdə olduğu Türkiyədən pis deyil.






3 May, 2011  18:24 Baxılıb: 1327 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16