Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mətbuat Şurası 3 mayı qeyd etdi

Bu gün Mətbuat Şurasında 3 may Beynəlxalq Mətbuat Günü ilə bağlı tədbir keçirildi

Simsar.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu günü əhəmiyyətindən, onun yaranma tarixindən və qeyd olunma ənənəsindən geniş şəkildə danışıb. Ə. Amaşov Beynəlxalq Mətbuat Gününün Azərbaycanda da qeyd edilməsinin əhəmiyyətindən danışıb və bütün mətbuat işçilərinin bayramını təbrik etdi.

Daha sonra çıxış edən UNESCO-nun Azərbaycan Milli Komissiyasının katibi Günay Əfəndiyeva 3 may Beynəlxalq Mətbuat Günü ilə bağlı BMT və UNESCO-nun birgə bəyanatını oxuyub. Ə.Amaşov qeyd edib ki, BMT və UNESCO-nun bəyanatı da onu göstərir ki, artıq dünya ölkələri yeni media alətlərini də ciddiyə alır və bu sahənin önəmini qabardırlar.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu da öz çıxışında 3 may gününün bütün dünya ölkələrində geniş şəkildə qeyd edildiyini bildirib. O, son 10 ildə dünya ölkələri üzrə 788 jurnalist öldürüldüyünü söyləyərək, bunun kifayət qədər böyük rəqəm olduğunu deyib. U.Rəhimoğlu jurnalistlərin ən çox öldürüldüyü ölkələrin İraq, Honduras, Meksika və s. kimi ölkələr olduğunu söyləyib.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli isə bu illər ərzində fondun gördüyü işlərdən danışaraq, qeyd edib ki, 2009 və 2010-cu illərdə mətbuata yardım kimi, uyğun olaraq, 1,5 və 2 milyon manat pul ayrılıb. Bu il isə fondun büdcəsinin 2,4 mln. manat olduğunu bəyan edən V.Səfərli təkcə ötən il yazı müsabiqələrində iştirak qalib gələn 150 jurnalistə 1000 manat məbləğində pul verildiyini söyləyib.

Tədbirdə KİV rəhbərlərindən Elçin Şıxlı, Hikmət Babaoğlu, Aydın Quliyev, Yunus Oğuz, Elçin Mirzəbəyli və digərləri çıxış edərək, mətbuat işçilərini bayram münasibətilə təbrik ediblər.






3 May, 2011  17:44 Baxılıb: 1126 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner