Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda yeni bədii film

“Ultionis” tammetrajlı psixoloji trilleri “Oskar” və “Kann”a təqdim oluncaq

Azərbaycan tamaşaçıları ötən ilin noyabrından çəkilişlərinə başlanılan tammetrajlı bədii film - “Ultionis” psixoloji trillerini yaxın vaxtlarda izləyə biləcək. “Qafuroğlu Film” Yaradıcılıq Birliyindən verilən məlumata görə, çəkilişlər yekunlaşmaq üzrədir. 
Nicat Qafuroğlunun eyniadlı romanı əsasında ekranlaşdırılan psixoloji trillerin ssenari müəllifləri Ceyhun Musaoğlu və Nicat Qafuroğludur.
Azərbaycanın xalq artisləri Rasim Balayev, Həmidə Ömərova, əməkdar artistlər Səidə Quliyeva, Sabir Məmmədov, gənc aktyorlar Əflatun Abdullayev, Tunay Əliyeva və başqalarının (ümumilikdə 167 aktyor və aktrisa) rol aldığı film 3 dildə - Azərbaycan, rus, ingilis dillərində səsləndiriləcək.
Filmin quruluşçu rejissoru Nicat Qafuroğlu əməkdaşımızla söhbətində bildirib ki, “Ultionis” nüfuzlu beynəlxalq festivallara təqdim olunacaq: “Hələ ssenarini yazmağa başlayandan qarşımıza məqsəd qoyduq ki, dünya tamaşaçılarının diqqətini çəkəcək film yaradaq. Göstərmək istəyirik ki, Azərbaycanda da “Kann”, “Oskar” mükafatlarına layiq filmlər çəkmək mümkündür. Buna görə, çəkilişlərdə ən müasir texniki avadanlıqlardan istifadə olunur və prosesə xarici kino mütəxəssilərini də cəlb etmişik. Düşünürəm, hazırkı nəticədən razı qalmaq olar. Son sözü isə təbii ki, tamaşaçı deyəcək”.
Rejissorun dediyinə görə, təxminən 2 aydan sonra filmin geniş təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

 

 

 






3 May, 2011  17:20 Baxılıb: 1476 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner