Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ombudsmanın nümayəndələri rayon təcridxanalarına baxış keçiriblər

Saxlanılan şəxslərlə söhbət aparılaraq onlara hüquqları izah olunub

İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm Qrupunun üzvləri Cəlilabad Regional Mərkəzinin əməkdaşları Lənkəran, Astara, Lerik, Masallı, Biləsuvar, Salyan və Neftçala rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baş çəkiblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, qrupun üzvləri bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Hər hansı pozuntu aşkar edilməyib. Saxlanılan şəxslərlə söhbət aparılaraq onlara hüquqları izah olunub. 

Gəncə Regional Mərkəzinin əməkdaşları isə Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasına gedərək burada saxlanılan Gəncə şəhər sakinləri Azər Arif oğlu Cəbiyev və Fəxri Həsən oğlu İlyasovla görüşüblər. Həmin şəxslər istintaq təcridxanasında saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər. Təkbətək söhbət zamanı onlar barələrində açılmış cinayət işinə məhkəmədə ədalətlə baxılmadığını, vəkilləri tərəfindən verilmiş vəsatətlərin təmin edilmədiyini bildiriblər. A. Cəbiyev 26 aprel 2011-ci il tarixdən, F. İlyasov isə 28 aprel 2011-ci il tarixdən buna etiraz əlaməti olaraq aclıq aksiyasına başladıqlarını, işə obyektiv baxılana qədər aclığı davam etdirəcəklərini söyləyiblər.

Ombudsmanın nümayəndələri hər iki şəxsə aclıq aksiyasını dayandırmağı tövsiyə edərək təqsirləndirilən şəxslərin hüquqları, eyni zamanda işlərinin məhkəmə icraatında olması ilə bağlı müvəkkilin səlahiyyətləri barədə onlara ətraflı məlumat veriblər. Bundan əvvəl həmin şəxslərin vəkili Elçin Namazovun ombudsmana ünvanladığı müraciət araşdırılması üçün Baş Prokurorluğa göndərilib və alınmış cavab vəkilə bildirilib.






2 May, 2011  23:35 Baxılıb: 1148 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner