Xalq artisti əməliyyat olunacaq
Xalq artisti Fəxrəddin Manafov bir neçə aydır ki, onurğa sütunundakı ağrılardan əziyyət çəkir.
lent.az-ın məlumatına görə, həkimlərin bütün səylərinə rəğmən, aktyorun bel sütunundakı problem öz həllini tapmayıb.
Odur ki, özünü doğrultmayan müalicəni əməliyyatla əvəz etməyə qərar verilib.
Aktyor bu günlərdə onurğasından əməliyyat olunacaq.