Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Youtube-un yaranma günüdür – İLK VİDEO

Dünyanın ən böyük video paylaşma sistemlərindən biri olan Youtube fevralın 14-ü, 2005-ci ildə 3 köhnə PayPal işçisi tərəfindən qurulub. YouTube oktyabr-ın 9-u, 2006-cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınıb. Bu Google tarixindəki ən böyük transferdir. Google-un ödədiyi 1.65 milyard dollar YouTube əməkdaşları arasında paylaşılıb.
"Tube" sözü Cathode Rels Tube; Televiziya tubiki - borusu (elektron şua borusu) sözündəndir. Video paylaşım şəbəkəsi "Broadcast Yourself" - "Özünü Yayımla" şüarı ilə fəaliyyət göstərir.
Əvvəllər PayPal-da işləyən Steve Chen, Chad Hurley və Jawed Karim videoların e-mail vasitəsi ilə yollaya bilmədikləri üçün bəlli səbəblərə görə sosial şəbəkənin ilk videosu aprelin 23-ü, 2005-ci ildə Jawed Karim tərəfindən yüklənib.
İstifadəçilər tərəfindən YouTube-yə gündəlik təxminən 65.000 ədəd yeni klip yerləşdirməkdə və 100 milyona yaxın video klip izlənilməkdədir.
Youtube hörmətsizliyin yer aldığı bəzi materialların yığışdırılmadığına görə dəfələrlə bir çox ölkələrin hökuməti (İran, Pakistan, Tayvan, Türkiyə) tərəfindən qapadılıb.Youtube-da yerləşdirilmiş və Atatürkü təhqir edən videonun Türkiyənin müraciətlərinə baxmayaraq yığışdırmaması bu ölkədə veb-səhifəyə girişin bağlanması ilə nəticələndi. Bu məsələ sentyabrın 20-22-də Budapeşt, Macarıstan Google və Mərkəzi Avropa Universitetinin təşkil etdiyi "Azadlıqda İnternet 2010" tədbirində  geniş müzakirə olunub.
YouTube-daki videoları sayəsində internetdə tanınmış olan şəxslər də var. Bu kəslərə "YouTube məşhurları" deyirlər:
•    Brooke Brodack (Brookers)
•    Erik Mongra
•    Ian Hecox və Anthony Padilla (Smosh)
•    Jessica Lee Rose (lonelygirl15 xarakterini oynamaqdadır)
•    Judson Laipply
•    Peter Oakley (geriatric1927)
•    Gurman Qardaşlar
•    Felix Kjellberg(PewDiePie)
Qeyd edək ki, sosial şəbəkənin ən çox yaddaş tələb edən videosu isə dekabrın 14-ü, 2011-ci ildə yüklənib. Bu video MoldytoasterMedia adlı istifadəçi tərəfindən yüklənib. Video 596 saat 31 dəqiqə 21 saniyə davam edirdi. Lakin sonradan bu video silinib. Ən qısa video isə, 0,2 saniyə davam edir. Sosial şəbəkə istifadəçiləri üçün məşhur İlan oynunu oynamağa da imkan verir.

Nigar Məhərrəm

Sosial şəbəkənin ilk videosu:






14 Fevral, 2015  11:31 Baxılıb: 1873 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner