Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Kriştianu Ronaldoya cəza

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo komandanın aparıcı futbolçusu Kriştianu Ronaldunu cəzalandırıb

Simsar.az-ın “Sporx”a istinadən verdiyi məlumata görə, buna Ronaldunun “Barselona” ilə Çempionlar Liqasının ilk yarımfinal matçından sonra Mourinyonun taktikasını tənqid etməsi səbəb olub. 

Ulduz futbolçu bildirib ki, baş məşqçinin “Barsa”ya qarşı müdafiə taktikası onun ürəyincə deyil: “Lakin mən bu taktikaya uyğunlaşmalı və özümdən asılı olan hər şeyi etməliyəm”.

Əvəzində portuqaliyalı mütəxəssis həmyerlisini “Saraqosa” ilə İspaniya çempionatının növbəti tur matçının heyətinə daxil etməyib. Ronaldudan əlavə, Lassana Diarra, Xabi Alonso, Raul Albiol və Pedro Leon da heyətdə yer almayıb.

Mourinyonun bu addımı İspaniya mətbuatında “Ronaldu cəzalandırıldı” kimi dəyərləndirilib. Bu mövsüm La Liqada 29 qol vuran 26 yaşlı yarımmüdafiəçi zədəsi istisna olmaqla, ilk dəfə baş məşqçi tərəfindən oyun heyətinə daxil edilməyib.

Lakin Mourinyo Ronaldu ilə bağlı qərarını ona istirahət vermək istəyi ilə əlaqələndirib: “Ronaldo son oyunlarda çoxlu enerji sərf edib. Ona görə də qarşıdakı matçda dincəlməlidir. Əvəzində Kərim Benzema, Kaka, Qonsalo İquain, Anxel Di Maria kimi hesabı müəyyənləşdirə biləcək futbolçularıma şans verəcəyəm”.






30 Aprel, 2011  02:52 Baxılıb: 1349 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner