Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Aşırımlar, Alp Dağları, buzlaqlar - Ən ecazkar kanatlar - FOTO

İstirahət üçün ən gözəl seçimlərdən biri də kanatla səyahətdir. Adrenalin, həyəcan, coşğu, ecazkar mənzərə… Simsar.az bu dəfə dünyanın ecazkar hesab edilən 10 kanatından məlumat verəcək.

Pik tu Pik Qondola (Peak 2 Peak Qondola)

4.4 kilometr olan Peak 2 Peak Qondola dünyanın ən macəralı kanatlarından biri hesab edilir. Kanadada yerləşən, iki zirvəni birləşdirən kanat ən uzun aşırımların üzərindən keçir. Bundan başqa kanatın yerləşdiyi həmin ərazi dünyanın ən hündür yeri hesab edilir, 436 metr. Kanat 2008-ci ildən istifadəyə verilib.

Titlis Roteyə (Titlis Rotair)

İsevçrədə yerləşən bu kanat dünyanın ilk fırlanan qondolası hesab edilir.
Dəniz səviyyəsindən 3,020 metr hündürlükdə olan kanat dünyanın ən iri buzlaqlarından bir neçəsinin üzərindən keçdiyi üçün sərnişinlərə adrenalin yaşadır.

Mi Teleferiko (Mi Teleferico)


Boliviyanın paytaxtı La-Pas şəhərini El-Alto şəhəri ilə birləşdirən kanat yolu ötən il istifadəyə verilib. Kanat yolunun açılışı üçün nə az, nə çox 234 milyon dollar xərclənib. Saatda səyahət edən sərnişinlərin sayı isə 18 mindir. Qarlı And dağlarının görmək istəyənlər üçün də ecazkar bir səyahət hesab edilə bilər.

Şuqəlauf Maunten Qondola (Sugarloaf Mountain Qondola)
1912-ci ildə açılan Braziliyanın paytaxtı Rio-de-Janeyroda istifadəyə verilən bu kanat vasitəsi ilə 37 milyondan artıq sərnişin səyahət edib.  Üç hissədən ibarət səyahətin hər hissəsi üç dəqiqə davam edir. Ayrılıqda 65 sərnişin daşımaq gücünə malik olan bu kanatlardan müxtəlif çəkilişlərdə, həmçinin "Call of Duty: Modern Warfare 2" oyununda da istifadə edilir.

Venoys Ekspress (Vanoise Express)

Fransada yerləşən bu kanat 2003-cü ildən istifadəyə verilib. İki mərtəbəli kanatlar ayrılıqda 200 sərnişin daşıya bilir. Səyahət isə dörd dəqiqə davam edir.


Palm Sprinqs Eərial Tramvay (Palm Springs Aerial Tramway)

Üç il ərzində layihəsi reallaşan, dünyanın ən geniş kanatlarında biri 1963-cü ildə istifadəyə verilib. Kaliforniyada yerləşən kanatın yaradılması ilə bağlı 1935-ci ildə təkliflər verilmişdi. Lakin İkinci Dünya Müharibəsinin başlanması bu layihənin təxirə salınması ilə nəticələndi.


Ba Na Hills Kabl Ka (Ba Na Hills Cable Car)

Vyetnamda yerləşən, dünyanın ən uzun kanatlarından birinin də uzunluğu beş kilometrdir. Kanat 2013-cü ildə istifadəyə verilib.


Stansehon Kabrio (Stanserhorn Cabrio)

İsveçrədə yerləşən bu kanat 2012-ci ildə istifadəyə verilib. Dağlardan 2.320 metr hündürlükdə yerləşən kanat iki mərtəbədən ibarətdir. Onların da hər biri ayrılıqda 30 sərnişin daşıyır.


Skaylayn Kvinstoun (Skyline Queenstaun)

Yeni Zellandiyada yerləşən bu kanat Queenstaun üzərindən hərəkətə keçir, Bob zirvəsindən 450 metr hündürlükdə yerləşir.  1966-cı ildə layihəsinə start verilib, 1967-ci ildə bütün işlər yekunlaşıb. 1987-ci ildə isə bu layihə yenidən işlənərək daha da təkminləşdirilib.

Nqonq Pinq (Ngong Ping 360)

Honq Konkda yerləşən bu kanatla səyahət etmək istəyənlərə həm ucuz, həm də bahalı təkliflər verilir. Ucuz otaqlardan fərqli olaraq digər otaqlar şüşəli olduğu üçün səyahətə daha böyük əyləncə qatır. 2006-cı ildə kanatın açılışında təhlükəsizlik sistemini yoxlamaq üçün qəza vəziyyəti yaradılıb. Nəticədə 200 sərnişin bir neçə dəqiqəlik kanatda qalmalı olub.

Nigar Məhərrəm






10 Fevral, 2015  12:28 Baxılıb: 2208 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner