Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI SİMSAR.AZ-DA

Meyiti Kürdən çıxan mühasibin oğlu atasının ölümündə deputatın qohumlarından şübhələnir

Mərhumun oğlu: “Atam zavod rəhbərliyilə yola getmirdi”  

Fərhad Qəribov: “Nadirin psixoloji problemi olub”

Deputat Fərhad Qəribova məxsus olduğu bildirilən Kürdəmirdəki şirə zavodunun itkin düşmüş baş mühasibinin meyiti tapılıb. Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları Nadir Mehdiyevin cəsədini dünən Kür çayının Carlı kəndi ərazisindən keçən hissəsində aşkarlayıblar.

Deputatın oğlunun sənədlərinə Nadir Mehdiyev qol çəkib

N.Mehdiyev eyni zamanda F.Qəribovun oğlu Zöhrab Qəribova məxsus “HENKEL-AZ. KİMYA” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) baş mühasibi vəzifəsində də çalışıb. Bu müəssisə Kür daşqınları ilə əlaqədar çayda bəndatma və yeni kanal çəkilişi üçün elan edilən tenderin qalibi olub. Bəndatma işləri ilə əlaqədar lazım olan vəsaitlərin alınmasına N.Mehdiyev qol çəkib.

“Atamı öldürüb Kürə atıblar”

Simsar.az-ın əməkdaşı hadisənin təfərrüatlarını öyrənmək üçün Kürdəmirin Xırdapay kəndində olub. Mərhumun oğlu Kərim Mehdiyev əməkdaşımıza bildirib ki, atasının meyitini 21 günlük axtarışdan sonra çayda tapıblar.
K.Mehdiyevin sözlərinə görə, atasının şirə zavodunun rəhbərliyilə münasibətlərində problem olub: «Vergilər Nazirliyindən zavodu yoxlamağa gəliblər. Zavodun Zabit adlı işçisi aprelin 7-də evdən atamla birlikdə çıxıb. Ondan sonra atam evə qayıtmayıb. Kür çayı bizim kənddən şox uzaqda yerləşir. Atam nə balıq tutandır, nə də qışda çimmək kimi vərdişi olub. Atamı öldürüb Kürə atıblar».

“Bizim nə marağımız var ki, belə əmllərə yol verək”

Simsar.az-ın əməkdaşı mərhumu oğlunun sensasiyalı açıqlamalarına bu olayda adı hallanan deputat F.Qəribovun münasibətini öyrənib. O, bildirib ki, N.Mehdiyev 2008-ci ildə şirə zavodundan çıxıb: «Şirə zavodu mənim deyil, qohumlarımındır. Məndə olan məlumata görə, Nadirin psixoloji problemi olub. Mərhumun ailəsinə başsağlığı verirəm. Şirə zavodu onsuz da işləmir. Bizim nə marağımız var ki, belə əmllərə yol verək. Barəmizdə yazılanlar böhtandır».

Mərhumu Zabit adlı şəxs aparıb

N.Mehdiyev aprelin 7-də Kürdəmirin Xırdapay kəndində yerləşən evindən səhər saat 11 radələrində çıxıb və bir daha geri qayıtmayıb.
Ailə üzvləri bizə bildirdilər ki, sözügedən zavodun icraçı direktoru vəzifəsində çalışan Zabit adlı şəxs aprelin 7-si səhər saatlarında N.Mehdiyevin yaşadığı ünvana gələrək komissiya gəldiyini, onun hesabat verməli olduğunu deyib.
Bundan sonra N.Mehdiyev evdən çıxıb. Onun cəsədi üç həftədən sonra tapılıb.

RUSLAN






29 Aprel, 2011  16:51 Baxılıb: 2661 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner