Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Üç ayda 2671 cinayət hadisəsi baş verib

BŞBP hesabat açıqladı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) 2011-ci ilinin birinci rübü üzrə paytaxtda baş verən cinayətlərlə bağlı hesabatını açıqlayıb.

BŞBPİ-dən APA-ya verilən məlumata görə, hesabat dövründə Bakı şəhərində 2671 cinayət hadisəsi qeydə alınıb. Onların 2393-ü az ağır və böyük ictimai təhlükə törətməyən, 278-i isə ağır və xüsusilə ağır cinayətlər olub. Ötən ilin 1-ci rübü ilə müqayisədə bütövlükdə ağır cinayətlər 118 fakt (29,8 faiz), soyğunçuluq 8 fakt (12,7 faiz), mənzil oğurluqları 19 fakt (8,6 faiz), dələduzluqlar 44 fakt (23,5 faiz) azalıb, ölümə sui-qəsdlər və qəsdən sağlamlığa az ağır xəsarət yetirmələr sabit qalıb. Ümumi cinayətlərin 72 faizinin, ağır növ cinayətlərin 68,5 faizinin, o cümlədən ölümə sui-qəsdlərin, zorlamaların, adam oğurluqlarının, hədə-qorxu ilə tələb etmələrin və avtomaşın oğurluğu cinayətlərinin hamısının açılması təmin edilib.

Məlumatda bildirilir ki, hesabat dövründə qeydə alınan 746 şəxsiyyət əleyhinə cinayət hadisəsindən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 695-nin (94,4 faiz) açılması təmin edilib. Bununla belə, ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə qeydə alınmış 12 qəsdən adam öldürmələrin 77,8 faizi, ölümə sui-qəsdlərin 100 faizi, quldurluqların 60 faizi, soyğunçuluqların 57,1 faizi açılıb. Eyni zamanda, 15 soyğunçuluq və quldurluq cinayəti törətmiş 29 nəfərdən ibarət 10 qrup, eləcə də 7 mənzil oğurluğu cinayəti törətmiş 13 nəfərdən ibarət 5 qrup ifşa edilib.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində 60 kiloqram 787 qram narkotik vasitə dövriyyədən çıxarılıb. Axtarışda olan təqsirləndirilən şəxslərin tutulması istiqamətində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 543 cinayətkardan 192-nin (35,4 faiz) tutulması təmin edilib, keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 55, qalıq isə 9 fakt azalıb.

Məlumatda həmçinin bildirilir ki, cari ilin birinci rübündə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Əməliyyat şəraiti nəzərə alınmaqla vahid dislokasiya əsasında xidmət aparan post-patrul xidməti əməkdaşları tərəfindən qanunsuz keçirilməsinə cəhd göstərilən iki aksiyanın qarşısı alınıb, bu müddətdə şəhər miqyasında keçirilən kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən tədbir və mərasimlər zamanı nümunəvi ictimai asayiş təmin olunub.






29 Aprel, 2011  15:51 Baxılıb: 632 Çap

Bu bölmədə

26 İyun, 2019
Sabahın havası

XƏBƏR LENTİ




26 İyun, 2019  12:13


26 İyun, 2019  09:42

26 İyun, 2019  09:34












25 İyun, 2019  09:32

24 İyun, 2019  19:55




24 İyun, 2019  16:46


24 İyun, 2019  14:33






24 İyun, 2019  11:52




24 İyun, 2019  11:16


24 İyun, 2019  09:41

24 İyun, 2019  09:38




22 İyun, 2019  12:34




21 İyun, 2019  15:48



sagbanner