Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Xəyanəti üzə çıxaran sadə üsul - İşarə barmağı

Qarşı tərəfin xəyanətinin üstünü açmaq üçün kamera, fal və ya digər vasitələrdən istifadə etməyə gərək yoxdur. Bunu sadəcə işarə barmağına baxaraq da müəyyən etmək mümkündür. Simsar.az xəbər verir ki, İngiltərədə aparılan tədqiqatlar xəyanətə meyilliliyin insanda hələ ana bətnində olarkən meydana çıxdığını göstərib.
Oksford Universitetinin Təcrübi Psixologiya bölməsinin Nortumbrya Universiteti ilə birgə hazırladığı araşdırma insanların qısa və ya uzunmüddətli münasibətlərə meyilliliyini ortaya qoyub.
Tədqiqat əsnasında amerikan və ingilisin sərbəst münasibətlər barədə nə fikirləşdikləri öyrənilib. Nəticə göstərib ki, respondentlərin bəziləri uzun, bəziləri qısa müddətli münasibətləri qurmağa üstünlük verirlər.
Araşdırmanın ikinci mərhələsində 1314 ingilis kişi və qadınların sağ əllərinin fotolarına baxılıb, işarə barmağı ilə üzük barmaqlarının ölçü nisbəti müəyyən olunub. Belə ki, işarə barmağı üzük barmağına nisbətən uzun olanlar ana bətnində testesterona daha az məruz qaldıqlarından daha sədaqətli olurlar.
Oksford Universitetinin professoru Robin Dunbar bu nisbəti təmin edən fərqin cüzi olduğunu bildirib. “İnsanın xarakterinə təsir edən ətraf mühit və həyat tərzi kimi müxtəlif faktorlar var. Ana bətnində baş verənlər isə ikili münasibətlər də daxil olmaqla bir çox məsələlərə təsir edir”.

Ülviyyə






7 Fevral, 2015  15:59 Baxılıb: 1665 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner