Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Fidan Hacıyevanın Romada solo konserti olacaq

Mayın 9-da Romanın ən böyük konsert salonlarından birində keçiriləcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva vokal sənətinin vətəni İtaliyada çıxış edəcək. F. Hacıyevanın Simsar/az -a verdiyi məlumata görə, konsert mayın 9-da Romanın ən böyük konsert salonlarından birində keçiriləcək. O bildirib ki, konsert mərhum dövlət başçısı Heydər Əliyevin xatirəsinə həsr ediləcək: “İtaliya səhnəsində çıxış etmək hər bir opera sənətçisinin arzusudur. Mən də bu baxımdan istisna deyiləm, lakin bunun belə tezliklə baş verəcəyini heç güman etmirdim. Buna görə də İtaliya səhnəsində ilk çıxışa çox ciddi hazırlaşıram. Konsertin proqramı çox zəngindir. Buraya Azərbaycan romansları, operalardan ariyalar, eləcə də populyar italyan və fransız ariyaları daxildir”.

Sənətçinin sözlərinə görə, konsert Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun təşəbbüsü ilə təşkil edilir. Konsertə İtaliyanın tanınmış musiqiçiləri, impressariolar və digər mütəxəssislər dəvət olunub.

Hazırda İtaliyada məşhur bir vokalçının yanında ustad dərsləri keçən Fidan Hacıyevanın Romada təşkil ediləcək solo konsertində Azərbaycan bəstəkarlarının əsərlərinin konsertmeysteri Zülfiyyə Sadıqova, italyan və fransız bəstəkarlarının əsərlərinin konsertmeysteri isə italiyalı mütəxəssis olacaq.

F. Hacıyeva gələcək layihələri barədə də fikirlərini bölüşüb. O, mayın 25-də Azərbaycan Opera və Balet Teatrının səhnəsində “Aida” operasında məşhur gürcü tenoru ilə, iyunun 3-də isə tanınmış fransız tenoru ilə tərəf-müqabil olacaq.






28 Aprel, 2011  22:31 Baxılıb: 1363 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner