Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Müğənnilər YAP-ın sırasına qoşuldular

Onlara partiya vəsiqələri təqdim olunub

Natəvan Həbibi, Elton Hüseynəliyev, Coşqun Yusifov, Nazim Məmmədov, Elçin Cəfərov, Aşıq Samirə Əliyeva və Tərlan Fərzəliyevə vəsiqələri verildi

Tanınmış gənc müğənnilər Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulublar.
Simsar.az-ın YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, YAP Gənclər Birliyinin Naftalan şəhərində keçirilən “Azərbaycan gəncliyi və müasirlik” konfransında tanınmış gənc sənətçilər - Natəvan Həbibi, Elton Hüseynəliyev, Coşqun Yusifov, Nazim Məmmədov, Elçin Cəfərov, Aşıq Samirə Əliyeva və Tərlan Fərzəliyevə partiya vəsiqələri təqdim olunub.


Partiyanın yeni üzvlərinə vəsiqələri YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millər vəkili Məlahət İbrahimqızı təqdim edib. Əli Əhmədov qeyd edib ki, partiyanın rəhbəri olan Prezident İlham Əliyevin uğurlu siyasəti partiyaya olan inam və etibarı daha da artırıb. O, partiyaya daxil olanların yarıdan çoxunun gənclər olduğunu və bunun ölkə rəhbərliyinin apardığı gənclər siyasəti ilə bağlı olduğunu vurğulayıb. YAP-ın yeni üzvləri belə bir təşkilata üzv olduqdan məmnunluq hissi keçirdiklərini və onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.






28 Aprel, 2011  21:43 Baxılıb: 1834 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner