Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

BİR DAHA ÖLÜM CƏZASI İSTƏDİ

İlyas İsmayılov onu qınayanlara “oğlumu bu məsələlərə qatmasınlar”- deyə cavab verdi

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun Azərbaycanda ölüm cəzasının bərpa edilməsi barədə təklifi nəinki dəstəklənmədi, hətta sərt tənqidlə qarşılandı. 

Hüquq müdafiəçiləri İ.İsmayılovu mürtəce təklif irəli sürməkdə ittiham ediblər. Qeyd ediblər ki, Avropa Şurasına daxil olan ölkələrin heç birində ölüm cəzası yoxdur. Həmçinin ölüm cəzasının bərpası məhkəmə-hüquq sisteminin hələ tam oturuşmadığı Azərbaycan kimi ölkələrdə arzuolunmaz hallara səbəb ola bilər.

Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, Azərbaycanın da daxil olduğu Avropa Şurasının heç bir ölkəsində ölüm cəzası yoxdur: «Azərbaycanda vaxtilə müəyyən qüvvələrin sifarişilə ölüm cəzasına layiq görülən şəxslər olub ki, sonradan onların cəzası ömürlük azadlıqdan məhrum edilmə ilə əvəzlənib. Bəzilərinin cəzaları 15 ilə endirildi və hazırda azadlıqdadırlar. Bu mənada ölüm cəzasının bərpa edilməsinə heç bir ehtiyac yoxdur. İlyas İsmayılovun belə təkliflə çıxış etməsinə təəssüflənirəm. Onun oğlu Rusiyada həbs olunub. Özü deyir ki, oğlunun günahı yoxdur. Allah eləməsin, şərləyib oğluna ölüm cəzası verilsəydi, necə olardı? Ona görə də, gərək İlyas müəllim təklif verməzdən öncə belə halları nəzərə alaydı».

Vəkil İsaxan Aşurov açıqlamasında ölüm hökmünün mümkünsüzlüyünə diqqət çəkib: “Azərbaycanda ölüm hökmünün bərpa olunması ölkənin qoşulduğu beynəlxalq konvensiyanın qaydalarına ziddir. Biz 2002-ci ildən Avropa Konvensiyasının iştirakçısıyıq və eyni zamanda konvensiyada bir sıra protokollar ratifiksiya olunub. Həmin konvensiyalara əsasən ölüm cəzası aradan qaldırılıb". 
Vəkilin sözlərinə görə, Avropa Şurasının üzvü olan heç bir ölkədə edam cəzası yoxdur.

İlyas İsmayılov isə Simsar.az-a açıqlamasında onun təklifinə emosianal reaksiya verənləri mahiyyəti anlamamaqda ittiham etdi: «Bəli, təklif etmişəm ki, ölüm cəzası bərpa edilsin. Ölüm cəzasının ləğvi sosial ədalət prinsipinin pozulmasıdır. Birtərəfli qaydada hümanizm olmaz. Biz qatı cinayətkarı ölüm cəzasından xilas edəndə, cəmiyyətin maraqlarını nəzərə almırıq».

İ.İsmayılov əlavə etdi ki, Avropa Şurasının tələbi onu maraqlandırmır: «Avropa çox şey istəyə bilər. Bəs bizim milli maraqlar?.. Mən demirəm ki, siyasi məhbuslara və ya nisbətən yüngül cinayət törədənlərə ölüm hökmü verilsin. Söhbət cəmiyyət üçün təhlükəli insanlardan gedir. Necə ki, Amerikanın bəzi ştatlarında hələ də ölüm cəzası qalır, bizdə qalmalıdır».

Oğlu Etimad İsmayılovun Rusiyada həbs edilməsilə bağlı səslənən qeydlərə də münasibət bildirən millət vəkili qeyd etdi ki, bəzi insanlar nə danışdıqlarının sadəcə fərqində deyillər: «Oğlumu bu məsələlərə qatmasınlar. Etimadın həbsinin bu məsələlərə nə dəxli var? Məgər o, ağır cinayət törədib? Kimlərsə şirkətin pulunu mənimsəmişdi, oğlumun üstünə şər atdılar. Etimaddan azadlıqda qalması üçün 40 milyon istədilər, vermədi. İndi onu üçdə birlə azadlığa buraxmaq istəyirər, biz razı deyilik. Etimada bəraət tələb edirik. Saytınız vasitəsilə özlərini hüquq müdafiəçisi adlandıran şəxslərdən xahiş edirəm ki, çıxış edəndə, fikir bildirəndə məsələləri bir-birinə qarışdırmasınlar».

RUSLAN






28 Aprel, 2011  19:53 Baxılıb: 1151 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
8 Sentyabr, 2022  14:24






22 Avqust, 2022  15:20



22 Avqust, 2022  11:23

13 Avqust, 2022  13:57

11 Avqust, 2022  13:03




9 Avqust, 2022  13:01





2 Avqust, 2022  10:01


1 Avqust, 2022  13:43





27 İyul, 2022  13:07





28 İyun, 2022  10:23

21 İyun, 2022  11:52



7 İyun, 2022  10:00






23 May, 2022  14:04


20 May, 2022  10:17


16 May, 2022  14:23



2 May, 2022  11:38

sagbanner